• cümə, 29 Mart, 01:26
  • Baku Bakı 7°C

Məşhur futbolçu dava saldı, həbs olundu

24.01.19 11:15 563
Məşhur futbolçu dava saldı, həbs olundu
"Fulhem”in hücumçusu Abubakar Kamara həbs edilib.
Kaspi.az xəbər verir ki, Kamara klubun bazasında həbs olunub. Məlumata görə, 23 yaşlı futbolçu baş məşqçisi Klaudio Ranyerinin göstərişi ilə məşqdən uzaqlaşdırılıbmış.
Futbolçu klub prezidenti ilə görüşərək məsələyə aydınlıq gətirmək istəyib. Bu məqsədlər də klubun bazasına gəlib. Orda isə məlum olmayan səbəblərdən əməkdaşlardan biri ilə dalaşıb.
Hadisə yerinə polis gəlib və futbolunu həbs edib. "Fulhem” rəhbərliyi artıq operativ fəaliyyətə görə, polis əməkdaşlarına təşəkkür də edib. Klubdan bildirilib ki, Kamarının bazaya yolu birdəfəlik bağlanıb.
banner

Oxşar Xəbərlər