Məşhur caz ifaçısı Nik Vest Bakıda konsert proqramı ilə çıxış edib
ABŞ-dan olan məşhur caz ifaçısı, bas gitaraçı Nik Vest "Baku Summer Jazz Days” layihəsi çərçivəsində iyunun 7-də Beynəlxalq Muğam Mərkəzində çıxış edib.
AZƏRTACxəbər verir ki, Nik Vest gecədə özünəməxsus kompozisiyaları və populyar caz-hitləri ifa edib.
Caz ifaçısının çıxışı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.