Məşhur braziliyalı 9-cu dəfə ata oldu
"Real”ın və Braziliya yığmasının sabiq futbolçusu Roberto Karlos
növbəti dəfə ata olub.
Kaspi.az xəbər verir ki, Karlosun 9-cu övladı dünyaya gəlib. Roberto
bu dəfə qız atası olub. Uşağın adını Marino qoyublar. Bu, Karlosun hazırkı
həyat yoldaşından 2-ci övladıdır.
Roberto Karlosun ilk həyat yoldaşından 3 övladı var. Daha 4 uşaq isə
ayrı-ayrı qadınlardandı.