• cümə axşamı, 25 aprel, 09:44
  • Baku Bakı 14°C

Məsçidlərdən yazılı hesabat tələbi

28.01.14 10:40 1285
Məsçidlərdən yazılı hesabat tələbi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə son vaxtlar Suriya və başqa ölkələrə şəhadət arxasınca gedənlərlə bağlı Azərbaycandakı məscidlərdə imamlar və axundlar qarşısında tələb qoyub.
APA-nın məlumatına görə, Şeyxülislam bu gün QMİ-də keçirilən tədbirdə bildirib ki, ölkədə şəhadətlə bağlı yanlış təsəvvürlər formalaşıb, bu məsələdə məscidlərdə moizə oxuyan axund və imamların da üzərinə böyük məsuliyyət düşür: “Bizim əsl şəhadət yerimiz olan Qarabağ qalıb kənarda, insanlarımız başqalarının çağırışlarına uyub başqa yerlərə gedirlər. Hara baxır bizim imam və axundlar? Mən bu gündən onlardan hər həftə yazılı hesabat tələb edəcəyəm! Axund və imamlarımız moziələrində əsl şəhadəti, şəhidliyi izah edərək insanlarımızı yalnız yollardan çəkindirməlidirlər. Onlar mənə yazılı hesabat verəcəklər!”
banner

Oxşar Xəbərlər