• cümə axşamı, 25 aprel, 07:31
  • Baku Bakı 14°C

“Məryəm” filmi “YARAT”da təqdim olunacaq

28.01.17 13:20 1133
“Məryəm” filmi “YARAT”da təqdim olunacaq
Yanvarın 31-də "YARAT” Müasir İncəsənət Mərkəzində rejissorlar Xəyyam Abdullayev və Elməddin Alıyevin ekranlaşdırdığı "Məryəm” qısametrajlı filmi nümayiş olunacaq.
AZƏRTACxəbər verir ki, ekran əsəri gənc rəssam Məryəm Ələkbərlinin yaradıcılığı əsasında çəkilib. Film rəssamın əsərləri, onun dünyagörüşü, düşüncə tərzi və onlardan ibarət bitkin bir fikrin dünyaya çatdırılmasına xidmət edir.
Filmdə hadisələr uydurma bir məkanda baş verir. Otağın içərisində yaradıcılığı ilə təkbətək qalan ağbirçək rəssam, əsərləri vasitəsilə yenidən öz həyatının başlanğıcına qayıdır.
Azərbaycan dilində rus subtitrləri ilə təqdim olunacaq filmin nümayişinə hər kəs qatıla bilər.
banner

Oxşar Xəbərlər