• çərşənbə, 24 Aprel, 06:16
  • Baku Bakı 13°C

“Məruzəçinin təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər”

09.06.18 14:30 672
“Məruzəçinin təyin olunması məsələsini gündəmə gətirmək istəyirlər”
"AŞPA-nın yay sessiyasında Azərbaycanla bağlı bir neçə ciddi məsələ müzakirə ediləcək".
APA-nın xəbərinə görə, bunuSəməd Seyidovjurnalistlərə açıqlamasında deyib.
S.Seyidov deyib ki,AŞPA-nın sessiyasının ilk günündə Azərbaycanda prezident seçkiləriməsələsi müzakirə ediləcək: "Çox maraqlıdır ki, prezident seçkilərindən bir neçə ay sonra bu məsələ müzakirə edilir. Prezident seçkiləri neçə aydır yekunlaşıb və bu məsələni indi müzakirəyə salıblar. Prezident seçkiləri ilə bağlı Azərbaycan nümayəndəheyətinin çıxışı olacaq, biz öz mövqeyimizi bildirəcəyik. Bildiyiniz kimi, bir neçə müddət əvvəlBMT-də Azərbaycanda prezident seçkiləri müzakirə olundu".
S.Seyidov növbəti dəfə "siyasi məhbus" adı altında Azərbaycana təzyiq ehtimalının olduğunu bildirib: "O cümlədən bir məsələ də bizi çox ciddi narahat edir. Bufürsətlərdən istifadə edərək sessiyada İnsan haqları üzrə komitədə siyasi məhbuslarla bağlıməruzəçinin yenidən təyin olunması məsələsinigündəmə gətirmək istəyirlər. Düşünürəm ki, məruzəçinin təyinatı da konstruktiv yanaşma deyil. İstəyirlərsə, qoy təyin etsinlər, biz bundançəkinmirik", - deyə S. Seyidov əlavə edib.
banner

Oxşar Xəbərlər