AZE | RUS | ENG |

Mərkəzin xidmətlərindən artıq 3 mindən çox vətəndaş faydalanıb

Mərkəzin xidmətlərindən artıq 3 mindən çox vətəndaş faydalanıb
İlk DOST mərkəzinə elə ilk gündən vətəndaşlar tərəfindən böyük maraq müşahidə edilir. Fəaliyyətə başladığı gündən artıq 3 mindən çox  vətəndaş müraciət edərək  DOST mərkəzinin xidmətlərindən faydalanıb.
Vətəndaşların əksəriyyətini əlilliyi olan şəxslər, pensiyaçılar, müavinət və ya təqaüd alanlar, işsiz və işaxtaran vətəndaşlar, muzdla çalışanlar təşkil edib. Onların müraciətləri pensiya və sosial sığorta, sosial müavinət və təqaüdlər, məşğulluq xidmətləri, əlillik, tibbi ekspertiza və reabilitasiya vasitələri ilə təminat, sosial xidmətlər və s. ilə bağlı olub.  
Mərkəz Bakının Yasamal və Səbail rayonlarının əhalisi üçün nəzərdə tutulub. Burada əmək, məşğulluq, əlillik, sosial təminat sahələri üzrə "bir pəncərə"dən, şəffaf və operativ şəkildə, vahid standartlar əsasında 126 növdə xidmət göstərilir. Hər gün mərkəzə 350-400 arası vətəndaş müraciət edir. Xidmətlərdə əsas məqsəd vətəndaşların məmnunluğuna nail olunmasıdır.  
2019-25-ci illərdə Bakıda və ölkəmizin regionlarında 31 DOST mərkəzi istifadəyə veriləcək. Bütün DOST mərkəzləri yaradılıdıqdan sonra vətəndaşların qeydiyyatından asılı olmayaraq, müraciət edən hər kəsə xidmətlər göstəriləcək.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982