• cümə, 19 Aprel, 22:39
  • Baku Bakı 24°C

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

20.01.18 12:10 989
Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb
Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, artıq bu ilin ilk günlərindən ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir:"Yanvar ayının ilk günlərindən seçici siyahılarının dəqiqləşdirilməsinə başlanıb. Yəqin ki, dəqiqləşdirmələr fevralın 5-nə qədər məntəqə səviyyəsində başa çatacaq. Məntəqələrdən seçici siyahıları ilə bağlı yığılan məlumatlar dairələrə çatdırılacaq".
Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər