• cümə axşamı, 25 aprel, 00:47
  • Baku Bakı 19°C

Mərkəzi Bankın valyuta ehtiyatları yanvarda 9% artıb

03.02.17 15:47 1265
Mərkəzi Bankın valyuta ehtiyatları yanvarda 9% artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

"APA-Economics" AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci il yanvar ayının 31-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 327,2 mln. dollar təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 8,9% və ya 352,8 mln. dollar çoxdur. Yanvar ayının 1-ə tənzimləyicinin ehtiyatları 3 mlrd. 974,4 mln. dollar təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 1,62% və ya 71,3 mln. dollar azalma olub.
banner

Oxşar Xəbərlər