• cümə axşamı, 18 aprel, 10:17
  • Baku Bakı 12°C

Mərkəzi Bankın tələbi ilə kreditlər üçün komissiya haqqı azaldılır

30.06.15 13:42 1706
Mərkəzi Bankın tələbi ilə kreditlər üçün komissiya haqqı azaldılır
Azərbaycan Mərkəzi Bankı istehlak kreditlərinin rəsmiləşdirilməsində bank xidmətlərinə görə, komissiya haqqını 1 faizədək azaldıb.
AMB-nin bu təlimatı bütün banklara və digər kredit təşkilatlarına göndərilib.
Bu qərarı gözləməyən banklardan Trend-ə bildiriblər ki, AMB bu təlimatı bəzi bankların yüksək komissiya ödənişi ilə izah edir ki, bu da nəticədə istehlak krediti üzrə faktiki illik faiz dərəcəsinin (FIFD) artmasına gətirib çıxarır: "Bu, bəzən bank sektoru üzrə orta FIFD-ni üstələyir".
banner

Oxşar Xəbərlər