• cümə axşamı, 25 aprel, 05:34
  • Baku Bakı 19°C

Mərkəzi Bankın mənfəətindən daha səmərəli istifadəni nəzərdə tutan qanun təsdiqlənib

14.07.17 17:35 1331
Mərkəzi Bankın mənfəətindən daha səmərəli istifadəni nəzərdə tutan qanun təsdiqlənib
Azərbaycan prezidentiİlham Əliyev"Azərbaycan Mərkəzi Bankı haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunu təsdiqləyib.

"APA-Economics" xəbər verir ki, qanun Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən daha məqsədli və səmərəli istifadəni təmin etməyi özündə ehtiva edir.
Qanunda AMB-nin mənfəətindən daha məqsədli istifadəni təmin etmək üçün bu vəsaitin (mənfəətin sərbəst qalığı) qanunla müəyyən edilmiş qaydada dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna köçürüləcək.

Qeyd edək ki, qanunun hazırda qüvvədə olan 12.2-ci maddəsinə əsasən kapital ehtiyatları formalaşdırıldıqdan (Qanunun 10.3-cü maddəsinə görə Mərkəzi Bankın kapital ehtiyatları onun nizamnamə fondundan az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılır) sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür.
banner

Oxşar Xəbərlər