• cümə axşamı, 18 aprel, 22:36
  • Baku Bakı 21°C

Mərkəzi Bankın elektron imza sertifikatlarının bank sektorunda tətbiqinə başlanılıb

09.01.18 20:18 677
Mərkəzi Bankın elektron imza sertifikatlarının bank sektorunda tətbiqinə başlanılıb
Mərkəzi Bankın (AMB) yaratdığı Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin elekton bankçılıq və "müştəri-bank” xidmətlərində tətbiqinə başlanılıb.

AMB-dən "APA-Economics”ə verilən məlumata görə, məlumat mübadiləsi zamanı yüksək informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda yaradılmış və 2014-cü ildə Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyitərəfindən akkreditasiya edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin yalnız Mərkəzi Bankın operatoru olduğu informasiya resurslarına, ödəniş və hesablaşmalar sistemlərinə deyil, həmçinin kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslər üçün təklif olunan elekton bankçılıq və "müştəri-bank” xidmətlərində tətbiqinə başlanılıb.

AMB-dən bildirilib ki, bu hədəfin həyata keçirilməsi çərçivəsində BSXM tərəfindən göstərilən elektron xidmətlərə kredit təşkilatlarının qoşulması, müvafiq səlahiyyət və öhdəliklərin müəyyən edilməsi məqsədilə kollektiv saziş hazırlanıb və kommersiya banklarının ardıcıl olaraq sazişə qoşulmaları təmin edilməkdədir: "Cari ildə hesablaşmaların, standart və təcili ödənişlərin, vergi və ya digər büdcə ödənişlərinin, o cümlədən valyuta mübadiləsi xidmətlərinin daha effektiv təşkili məqsədilə PAŞA Bank tərəfindən həyata keçirilən "Business-to-business” layihəsi çərçivəsində məlumat mübadiləsinin təhlükəsizliyi BSXM-in elektron imza sertifikatları vasitəsilə təmin edilib və banka təqdim olunan bütün ödəniş tapşırıqlarının müştəri tərəfindən elektron imza ilə təsdiq edilərək avtomatlaşdırılmış qaydada göndərilməsinə başlanılıb”.

Məlumatda vurğulanıb ki, bank sektorunda müasir informasiya texnologiya infrastrukturunun yaradılması və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin Mərkəzi Bank tərəfindən həyata keçirilməsi istiqamətində işlər davam etdirilir və yaxın zamanlarda digər bankların da öz müştəriləri ilə münasibətlərdə BSXM-in xidmətlərindən istifadəsi planlaşdırılır.
banner

Oxşar Xəbərlər