Mərkəzi Bankda depozit hərracı 190,35 milyon manat təşkil edib
Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
BankdanAZƏRTAC-a verilən məlumata görə, depozit hərracında tələb 190,35 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79 faiz təşkil edib.