AZE | RUS | ENG |

"Mərkəzi Bank kriptovalyutalarla bağlı riskləri dərindən araşdırır"

"Hazırda bir sıra ölkələr kriptovalyutalarla bağlı konservativ mövqe sərgiləyirlər".
 
"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev deyib. 
 
Onun sözlərinə görə, hələ də bu valyutanın konkret pul vahidi kimi formalaşması prosesi tam başa çatmayıb. "Biz də dünyada gedən prosesləri yaxından izləyirik. Bizim də kriptovalyutalarla bağlı mövqeyimiz konservativdir. Ölkə üzrə bu proseslərin risklərini dərindən araşdırırıq," - deyə A. Quliyev bildirib.

A. Quliyev qeyd edib ki, maliyyə sistemində kiber hücumların olması bu istiqamətdə sistemdə boşluğun olduğunu göstərir: "Bu baxımdan qabaqlayıcı tədbirlərin görülməsi zəruridir".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6321
GBP 1 İngilis funt sterlinqi 2.2216
TRY 1 Türk lirəsi 0.3012
KWD 1 Küveyt dinarı 5.6036
SEK 1 İsveç kronu 0.1892
EUR 1 Avro 1.9570
CHF 1 İsveçrə frankı 1.7059
USD 1 ABŞ dolları 1.7000