Mərkəzi Asiya xalqlarına qarşı repressiyada “erməni izi” - Şöhrət Barlas “Kaspi” üçün yazır
Sovet sistemi hər dəfə ayrı-ayrı insanlara, hətta bütöv xalqları məhv
etməyə başladıqda repressiv kampaniyalar üçün ekstravaqant adlar fikirləşib
tapırdı. Məsələn, onları opportunizmdə, "dünya kommunizmi” ideyalarından imtina
etməkdə, "trotskizm”də, "Yaponiya, Britaniya, Almaniya casusu olmaqda” və s-də
ittiham edirdilər. Hətta belə adlar da fikirləşilib tapılırdı –
"Sultanqalievşina”, "Kasımovşina”, "İnoqamovşina”. Sovet xüsusi xidmət
orqanlarının tarixinə nəzər salarkən aydın olur ki, özbaşınalıq bu mənfur rejim
üçün adi bir hal olub. "Qırmızı terror”un start götürdüyü 1918-ci ildən 1935-ci
ilə qədər Türküstanın (Mərkəzi Asiya o zamanlar belə adlandırılırdı) köklü
əhalisi öz tarixi yerlərində kütləvi qırğınlara məruz qalıb, "basmaç” damğası
ilə məhv edilib. 1937-1953-ü illər ərzində Özbəkistanda 100 min insan
repressiya məruz qalıb ki, onların da 13 mini güllələnib. Repressiyaya məruz
qalanlar arasında Özbəkistanda yaşayan bütün xalqların və millətlərin
nümayəndələri olub. Saxta ittiham əsasında həbs edilənlər arasında Özbəkistanın
siyasi rəhbərliyinin demək olar ki, bütün şəxsləri olub. "Böyük terror”un tüğyan
etdiyi 1937-1953-cü illər ərzində yerli ziyalı təbəqə "pantürküst” və "əksinqilabçı”
adı ilə Stalin repressiyalarının qurbanına çevrilib. Bura 1941-1945-ci illərdə
milli kadrların itirilməsi də daxildir. Bolşeviklərin Türküstanda 1917-ci il
çevrilişindən sonra törətdiklərini nasistlərin Almaniyada 1933-1945-ci illərdə
yürütdüyü siyasətə bənzətmək olar. Özbəkistanda "trotskiçi”lər adı altında
repressiyalar zamanı hakim elitanın bütün üzvləri həbs edildi. Özbəkistan xalq
maarif komissarı, Mərkəzi Komitənin şöbə müdiri Rahim İnoqamov bütün
əməkdaşları ilə birlikdə həbs edildi. Başladılan kampaniyaya isə "İnoqamovşina”
adı verildi. 1929-cu ildə böyük maarifçi Münəvvər Rəri Əbdürrəşidxanov və
onunla birlikdə "Milli istiklol” təşkilatının bütün üzvləri həbs edildi. Onları
pantürkizmdə, əksinqilabçılıqda və digər ölkələrin casusu olmaqda ittiham
etdilər. 40 min dehqan qolçomaq adı ilə məhkum edildi. 6 minə yaxın özbək
ziyalısı həbs edildi və onların 4 mini sonradan güllələndi. 1917-1918-ci
illərdə erməni millətçi partiyası – "Daşnaksütyun”unın aktiv üzvü Derenik
Apresyan 1937-ci ildə Özbəkistan daxili işlər naziri təyin edildi və bu
təyinatla özbək xalqının əzabları daha da çoxaldı. O, bu postda cəmi bir il
işlədi və onun əmri ilə özbək elitasının əksər nümayəndələri Sibirə sürgün
edildi. Daşnak nazirin imzaladığı
qərarla 10 mindən artıq insan həbs edildi, onların 4 mini güllələndi, 8 mini
isə düşərgələrə göndərildi. Buna qədər daşnak Apresyan və etnik erməni olan
Melkumov (Melkumyan) Türküstanda yerli əhalini məhv etməsi ilə qürrələnərdi.
Hətta Ənvər paşanı öldürdüyünü bildirirdi. Sovet mənbələrində başqa bir erməni
Arutunyunov soyadlı erməni də Ənvər paşanı öldürdüyünü etiraf edib. Levon
Mirzoyan adlı başqa bir daşnak erməni də Qazaxıstan Kommunist Partiyasının
birinci katibi olub. Buna qədər Azərbaycanda fəaliyyət göstərib. 1918-ci ildə
əhalinin qətlə yetirilməsində böyük rolu olub. Onun rəhbərliyi dövründə qazax
xalqı kütləvi aclıq – qolodomoru yaşayıb. Nəticədə 2,5 mln. insan aclıqdan
ölüb, çoxları ölkəni tərk edib getməyə məcbur olublar. Qazaxıstanda birinci katib vəzifəsində çalışarkən
Stalinə 3 min ziyalının öldürülməsi üçün siyahı göndərən bu erməni cəlladı
razılıq alandan sonra "planı” artıqlaması ilə yerinə yetirmiş, 4 min qazax
ziyalısını güllələtmişdi. Ötən əsrin 30-cu illərinin əvvəllərində iki milyona
yaxın adam aclıqdan öldü, əhalinin 48 faizi Qazaxıstanı tərk elədi.
Sovet sistemi Stalinin ölümündən sonrakı illərdə də Mərkəzi Asiyaya xalqlarına qarşı ayrı-seçkilik, zorakılıq hallarına yol verib. L.Brejnevin ölümündən sonra fərqli düşüncə sahibi olan insanlar izlənilir, həbs edilir, psixiatriya müəssisələrinə salınırdılar. Hakimiyyətə gələn Andropov bir növ Beriyanı xatırladırdı. Onun dövründə artıq SSRİ-nin süqutunun qaçılmaz olduğu göz önündə idi. Ölkə boyu islahatlara start verildi. Lakin bu islahatlar özbək xalqının elitasının repressiyası ilə müşahidə olunurdu. Pambıqçılıq sahəsində dözülməz vəziyyət hökm sürürdü. Hər il ağır zəhmətlə yığılan pambıq müqabilində əhaliyə qəpik quruş verilir, əvəzində həmin pambıq dünyanın 34 ölkəsinə valyuta ilə satılırdı. Bundan əlavə, Özbəkistan qızıl istehsalına görə də SSRİ-də ikinci idi. Amma respublikaya bu puldan bir rubl belə çatmırdı. Ümumiyyətlə, respublikada hər sahə üzrə gerilik hiss olunurdu. Belə vəziyyətdə Moskva özbək xalqını başsız qoymaq üçün Özbəkistan cəza dəstəsi göndərir. Dəstənin başında da yenə erməni durur – Telman Qdlyan. Özbək xalqının elitasının sonuncu repressiyası 1983-1989-cu illərdə başa çatır. Bu zaman aparılan kampaniyanın adı "Özbək işi”, "Pambıq işi” və "Rəşidovşina” adını alıb. O zaman Qdlyanla yanaşı, başqa bir erməni – German Karakozov da özbək xalqına qarşı repressiyaların həyata keçirilməsində əvəzsiz rol oynayıb. Həmin vaxt Özbəkistan DTK-nın rəhbəri də mənşəcə erməni Melkumov idi. Bütün bunların fonunda o zaman birinci katib olan Şərəf Rəşidov vəfat edir. O zaman belə bir xəbər yayıldı ki, guya Rəşidov yolüstü Daşkənddə olan Heydər Əliyevlə görüşdən sonra vəfat edib. Yəni, SSRİ-nin ən yüksək postunda olan Heydər Əliyev Rəşidova Andropovun hanısa bir sərt mesajını çatdırıb. Bununla da özbək və Azərbaycan xalqları arasında münasibətləri korlamaq məqsədi güdülüb. Lakin bu xəbəri bu yaxınlarda Rəşidovun mühafizəçisi olmuş Sadullo Muxamadkulov təkzib edib. Heydər Əliyev və Ş.Rəşidov yaxın dost olublar və hər kəs onların dostluğuna həsəd aparıb. Sonrakı illərdə Rəşidovun ölümündən sonra ölkə boyu repressiyalara başlanıldı. Qdlyanın dəstəsi Kremlin tapşırığı ilə özbək xalqına qarşı növbəti repressiyaya start verdi. 1983-cü ildən 1989-cu ilə kimi 22 min insan vəzifə səlahiyyətlərini aşmaq ittihamı üzrə həbs edildi. Sonrakı illərdə bu həbs dalğası daha da gücləndi. Qdlyan metodlarından sonra ölkədə quldurluq baş qaldırdı. Oğru Narik Qəhrəmanyanın başçılıq etdiyi quldur dəstəsi ölkədə at oynadırdı. DTK-ya isə onun soydaşı Melkumov rəhbərlik edirdi. Özbəkistan hakimiyyətinin ən yüksək postlarında kifayət qədər erməni çalışırdı.
Şöhrət Salamov (Barlas),
tarixçi-publisist.
Özbəkistan.
Xüsusi olaraq "Kaspi” üçün