• cümə axşamı, 18 aprel, 09:28
  • Baku Bakı 12°C

Mərkəzdə baş verən yanğınla bağlı RƏSMİ

03.04.19 10:37 599
Mərkəzdə baş verən yanğınla bağlı RƏSMİ
Fövqəladə Hallar Nazirliyi (FHN) Mədəniyyət Nazirliyinə məxsus Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən Trend-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B. Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.
Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv.m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv.m sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb.
Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
banner

Oxşar Xəbərlər