• cümə axşamı, 25 aprel, 10:10
  • Baku Bakı 14°C

Merkel, Kemeron, Butros-Qali və Kissincerdən Bakıya təbrik

28.04.15 06:48 863
Merkel, Kemeron, Butros-Qali və Kissincerdən Bakıya təbrik
BMT-nin sabiq baş katibi: “İnanıram ki, Bakı beynəlxalq cəmiyyət üçün ideyalar mərkəzinə çevriləcək”
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılışında Almaniya baş naziri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, BMT-nin sabiq baş katibi Butros Butros-Qali və ABŞ-ın sabiq dövlət katibi Henri Kissincerin təbrikləri oxunub.
APA-nın məlumatına görə, A. Merkelin təbrikində qeyd edilib ki, dünya nizamı yetərincə çevik deyil və Almaniya bu sahədə problemlərin aradan qaldırılmasına çalışır.
A. Merkel Forumun işini dəstəklədiyini bildirib.
D. Kemeron isə təbrik məktubunda Forumun məqsədinin dünyada etimad mühitinin yaradılması olduğunu qeyd edib.
BMT-nin sabiq baş katibi Butros Butros Qali təbrik məktubunda xəstəliyi səbəbindən Foruma qatıla bilmədiyini vurğulayıb. Təbrik məktubunda qeyd edilib ki, dünyada etimadın gücləndirilməsi insan hüquqlarının bərpasının təzahürüdür: “Qeyri-bərabərlik dərin olanda, münaqişələr olanda, etimad xüsusilə mühümdür. Ekstremist qüvvələr inkişaf edir, ona görə də mədəniyyətlərin, informasiyaların bölüşməsi davamlı inkişaf üçün zəruridir. Bu, UNESCO və Azərbaycan arasında əməkdaşlığın əsasını təşkil edir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə veriblər, onlara təşəkkür edirəm”.
Sonra Butros Butros Qalinin videomüraciəti nümayiş etdirilib. O videomüraciətində vurğulayıb ki, BMT artıq köhnəlmiş bir təşkilatdır: “Mən inanıram ki, Bakı beynəlxalq cəmiyyət üçün ideyalar mərkəzinə çevriləcək. Yeni ideyalar, konsepsiyalar ortaya çıxır və biz də özümüzü yeni cəmiyyətlərə hazırlamalıyıq. Köhnə cəmiyyətlərdə yaşayırıq və burada yeganə tədbir görən dövlətdir. Bu, belə olmamalıdır”.
ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer isə təbrik məktubunda qeyd edib ki, Forumun dünyada insanların daha yaxşı yaşaması üçün işlər görəcəyinə inanır.
banner

Oxşar Xəbərlər