Merkel Azərbaycana səfər edəcək
Almaniya federal kansleriAngela MerkelAzərbaycana səfər edəcək.
APA-nın "Sputnik" agentliyinə istinadən verdiyi xəbərə görə, A. MerkelCənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində avqustun 23-də Gürcüstanda, 24-də Ermənistanda, 25-dəisə Azərbaycanda olacaq. O, ölkə rəhbərlikləri ilə görüşlər keçirəcək.
Səfərin proqramı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir.