• cümə, 19 Aprel, 06:50
  • Baku Bakı 13°C

“Mərhumun mesajı“ səhnələşdirilir

10.08.15 11:35 1396
“Mərhumun mesajı“ səhnələşdirilir
Avqustun 20-dən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yeni tamaşanın məşqlərinə başlanacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, "Mərhumun mesajı" adlı əsərin müəllifi Hüseynbala Mirələmovdur.
Tamaşanın quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Oruc Qurbanovdur.
Səhnə əsərində əsas rolları Xalq Artisti Ramiz Məlik, Əməkdar artistlər Şəlalə Şahvələdqızı, Əli Nur və başqaları canlandıracaqlar. Səhnə əsəri yeni mövsümdə təhvil veriləcək.
banner

Oxşar Xəbərlər