• cümə, 19 Aprel, 17:57
  • Baku Bakı 25°C

"Mercedes"dən 700 kq yararsız ət çıxdı

12.04.17 20:00 1287
"Mercedes"dən 700 kq yararsız ət çıxdı
Kürdəmir rayonunda heç bir sənədi olmayan əti satmağa aparan şəxs saxlanılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, rayon baytarlıq xidmətinin və polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Bərdə rayon sakini, Amil Elşən oğlu Ələkbərovun idarə etdiyi "Mercedes" markalı minik maşınının baqaj və salon hissəsindən hissələrə bölünmüş heç bir sənədi olmayan 700 kiloqrama yaxın ət aşkar olunub.

Müvafiq orqanlar tərəfindən yerindəcə akt tərtib olunub və ətdən nümunələr götürülüb.

Fakt araşdırılır.
banner

Oxşar Xəbərlər