• çərşənbə, 17 Aprel, 03:13
  • Baku Bakı 14°C

“Mercedes“ yandı: 22 yaşlı gənc kül oldu

03.06.13 17:50 1619
“Mercedes“ yandı: 22 yaşlı gənc kül oldu
Avtomobildə yanan sürücü Xudat şəhər sakini 22 yaşlı Hüseynov Camal Söhrab oğludur.
Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xudat-Yalama yolunun 5-ci kilometrliyində 99-BL-255 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil sürücüsü ilə birgə yanıb.
Hadisə yerindən RTV-nin xüsusi müxbirinin verdiyi məlumata görə, avtomobildə yanan sürücü Xudat şəhər, Osman Mirzəyev-31 ünvanında yaşayan 22 yaşlı Hüseynov Camal Söhrab oğludur.
Şahidlərin bildirdiyinə görə yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Bundan sonra avtomobil alışıb və sürücü ilə birlikdə yanib. Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.
banner

Oxşar Xəbərlər