• çərşənbə axşamı, 16 aprel, 12:16
  • Baku Bakı 19°C

Mərakeş səfiri: "Azərbaycan və Mərakeş bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"

01.08.16 20:35 1228
Mərakeş səfiri: "Azərbaycan və Mərakeş bir birinin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir"
Mərakeşin milli günü münasibətilə qəbul təşkil edilib.

APA-nın xəbərinə görə qəbulda Mərakeşin Azərbaycandakı səfiri Həsən Hami, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, diplomatik korpus nümayəndələri, ictimaiyyət, media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Mərakeş səfiri Həsən Hami bildirib ki, Mərakeşdə həyata keçirilən islahatlar ölkədə daha sürətli inkişafına yol açıb: "Azərbaycan və Mərakeş arasındakı dostluq münasibətləri daim inkşaf edən xətt üzrə irəliləyir. Hər iki ölkə beynəlxalq səviyyədə bir birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir".

Daha sonra çıxış edən Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan hökuməti adından Mərakəş krallığını milli bayram münasibətilə təbrik edib: "İki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələr uğurla inkişaf edir. Ölkələrimiz arasında qarşılıqlı inama əsaslanan dostluq münasibətləri mövcuddur. Son illərdə ölkələrimiz arasında ikitərəfli vı beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli münasibətlər daha da möhkəmlənib. Əminəm ki, bu əməkdaşlıq və dostluq münasibətləri daha da inkişaf edərək xalqlarımızın faydasına xidmət göstərəcəkdir".
banner

Oxşar Xəbərlər