• şənbə, 20 Aprel, 01:57
  • Baku Bakı 15°C

Mer onun keçidinin araşdırılmasını tələb edir

06.01.18 12:30 800
Mer onun keçidinin araşdırılmasını tələb edir
Liverpul şəhərinin meri Co Anderson "Everton”un futbolçusu Ross Barklinin "Çelsi”yə keçidindən narazı qalıb.
Kaspi.az xəbər verir ki, meri futbolçuya görə ödənilən məbləğ narazı salıb. O, hesab edir ki, Rossun London klubuna keçidi zamanı maxinasiya baş verib. Şəhər meri federasiya rəsmilərinə müraciət edərək, bu keçidin araşdırılmasını tələb edəcəyini bildirib:
"Barklinin cəmisi 15 milyon funta "Çelsi”yə keçməsi "Everton” fanatlarının üzünə tüpürməkdi. Yayda ona görə 35 milyon funt ödənilirdi. Ancaq transfer son gündə müəmmalı səbəbdən pozuldu.
Bundan sonra futbolçu 4 ay ərzində bir dəfə də meydana çıxmadı və cəmisi 15 milyona "Çelsi”yə keçdi. O, yeni müqavilə bağlayıb sonra da gedə bilərdi.
Burda nəsə bir oyun var. Məsələnin araşdırılması üçün İngiltərə Futbol Assosiasiyasına müraciət edəcəm. Agent 35 milyonluq transferi son gündə pozur. Futbolçu bu mövsüm bir oyunda da meydana çıxımır və 15 milyona transfer edilir”.
banner

Oxşar Xəbərlər