AZE | RUS | ENG |

Məqsədli şəkildə Mehman Hüseynov işindən istifadə edilir

Məqsədli şəkildə Mehman Hüseynov işindən istifadə edilir
Deputat: "AŞPA və Azərbaycan arasında, xüsusilə də Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq"

Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan arasında, xüsusilə də Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda (Fransa) AŞPA-nın qış sessiyasında çıxış edərkən deyib.
S.Seyidov bildirib: "Mən Azərbaycana hücumlar etmək və ölkənin imicinə xələl gətirmək məqsədilə Mehman Hüseynovun işini istifadə etməyə yönləndirilmiş uzlaşdırılmış səylərlə əlaqədar təəssüf və məyusluq hissi ifadə etmək istərdim. Təəssüflər olsun ki, AŞPA-dan bəzi həmkarlar bunu etmək istəyirdilər. Mən kolleqalarıma və AŞPA üzvlərinə məlumat vermək istərdim ki, yanvarın 20-də Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət edib. O, Prezidentdən onun işinin araşdırılmasında obyektivliyin və ədalətli qərarın təmin olunmasını xahiş edir. Daha öncə, yanvarın 18-də Mehman Hüseynovu cəzaçəkmə müəssisəsində ziyarət edən fəallar və hüquq müdafiəçiləri, həmçinin Prezidentə eyni şəkildə müraciət ediblər. Bu müraciətlər dərhal ölkə başçısına çatdırılıb. Azərbaycan Prezidenti bu müraciətlərə dərhal reaksiya verib. Bu gün, yanvarın 21-də, Mehman Hüseynovun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini tövsiyə edib. Mən şübhə etmirəm ki, Azərbaycan Prezidentinin Mehman Hüseynovun işi üzrə tutduğu bu aydın ictimai mövqe bu məsələnin həllinə tez gətirib çıxaracaq".
Seyidov öz emosiyalarını ifadə etmək deyil, bu məsələ üzrə faktları araşdırmaq üçün Azərbaycanla əməkdaşlıq və kommunikasiya yaratmağa cəhd edən AŞPA həmkarlarına və Avropa Şurasının rəsmilərinə təşəkkürünü bildirib: "Ümid edirəm ki, AŞPA, Avropa Şurası və Azərbaycan arasında, xüsusilə bu cür mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq bizi qarşılıqlı anlaşmaya gətirib çıxaracaq".

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949