• şənbə, 20 Aprel, 16:35
  • Baku Bakı 23°C

“Məqsədimiz dövlətin təhsil siyasətinə dəstək verməkdir” Yenilənib

11.04.14 12:58 2591
“Məqsədimiz dövlətin təhsil siyasətinə dəstək verməkdir” Yenilənib
““Kaspi” Təhsil Mərkəzində təhsil alan gənclər ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanırlar. Hazırda təhsil mərkəzinin 1120 abituriyenti müxtəlif universitetlərdə ali təhsil alır. Gənclərin xaricdə təhsil alması da bizim diqqət mərkəzimizdədir. Bunun üçün “Kaspi Qlobal” şöbəsini yaratmışıq və dünyanın 150 universiteti ilə əlaqə qurmuşuq.
Ona görə də tam inamla deyə bilərik ki, 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5000 tələbənin uğurunda “Kaspi” Təhsil Mərkəzinin də öz payı var. Biz xaricdə təhsillə bağlı sərgilər də təşkil etmişik. Nailiyyətlərimizin əldə olunmasında böyük rol oynayan amillərdən biri də elektron təhsil sistemidir. Dövlət elektron təhsilin vacibliyini təsdiq edən mühüm sənədlər qəbul edir. Birinci sinifdən başlayaraq şagirdlərin müvəffəqiyyət əldə etməsində elektron təhsilin böyük rolu önə çəkilir. Milli Təhsil Strategiyasında isə daim öyrənmənin əhəmiyyəti vurğulanır ki, bu da elektron təhsilin tələblərinə tam uyğundur”.
Bu fikirləri “Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Təhsildə müasir texnologiyalar - perspektivlər” mövzusunda tədbirdə səsləndirib. O, təsisçisi olduğu mərkəzin 2007-ci ildə yarandığını və dövlətin təhsil siyasətinə dəstək verdiyini vurğulayıb: ““Kaspi” Təhsil Mərkəzi təsis olunana qədər, 2005-2006-cı illərdə böyük hazırlıq prosesi keçdik. Elektron təhsil sisteminin tətbiq edilməsini qarşıya məqsəd qoyduq. Biz təhsil mərkəzində kompyuter bilikləri, “Kaspi poliqlot” kimi şöbələr yaratdıq. Xarici dillərin tədris edilməsi üçün xaricdən müəllimlər dəvət etdik. Artıq 7 ildir fəaliyyət göstərən Mərkəzin daha böyük uğurlar əldə etməsinin səbəbi isə elektron təhsilə ayrılan diqqətdir. Çünki təhsilə münasibət mütərəqqi sistemdən başlayır. Son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirmiş “Kaspi” Təhsil Mərkəzi bu layihələrin davamı kimi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə Azərbaycanda və ölkədən kənarda yaşayan 5-10 yaşlı uşaqların əlifba və ana dilindəki ilkin anlayışları öyrənmələri üçün “Əlifbanı öyrənirəm” layihəsini hazırlayıb. İnteraktiv oyun şəklində hazırlanan bu layihə uşaqların əlifbanı səsli və şəkilli öyrənmələrini nəzərdə tutur. Bütövlükdə “Kaspi” Təhsil Mərkəzində həyata keçirilən yeni layihələrdə məqsədimiz dövlətin təhsil siyasətinə dəstək verməkdir”.
S.Vəliyevanın çıxışından sonra innovativ texnologiyaların səmərəli istifadəsi ilə əlaqəli yeni layihələrin təqdimatı olub.
“Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev tədbir iştirakçılarına məlumat verərək bildirib ki, Mərkəz son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirib: “Bizim Mərkəz bu layihələrin davamı kimi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə “Əlifbanı öyrənirəm” layihəsini hazırlayıb. İnteraktiv oyun şəklində hazırlanan bu layihə uşaqların ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun haqqında www.anadili.az saytından daha ətraflı məlumat əldə etmək olar. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilərlər. Kaspi Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan “Kaspi Test”i (www.kaspitest.com) istifadəyə verib. Sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir. Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompyuter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan “Kaspi Test” imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçiblər”.
E.Əliyev yeni layihələrdən sayca üçüncüsü barədə də danışaraq deyib ki, “Kaspi” Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün “Öyrənmənin İdarəolunması Sistemi - “Kaspi LMS (Learning Management System)” yaradılıb. Onun sözlərinə görə, bu sistemin məqsədi müasir texnologiyaları səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, ölçmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir. 4 istifadəçi qrupu (tələbə, müəllim, valideyn, təşkilat idarəçisi) olan sistemə istənilən cihazdan, o cümlədən də mobil telefonlardan daxil olmaq olar. Bu da tələbələrə istənilən yerdən ev tapşırıqlarını yerinə yetirməyə, imtahanları verməyə və dərslərlə əlaqəli digər materialları əldə etməyə imkan verir. Müəllimə isə onlayn qaydada dərs materiallarını, ev tapşırıqlarını və imtahanları yerləşdirməyə və qiymətləndirməyə şərait yaradır. Valideynlər də həm işdən, həm də evdən övladlarının dərs öyrənmə prosesinə və davamiyyətinə rahatlıqla nəzarət edir və asanlıqla müəllim və Mərkəzlə əlaqə qurur. Bütün bu proseslərə Mərkəz rəhbərliyi tərəfindən daim nəzarət və idarə olunur, müxtəlif hesabatlara uyğun çevik qərarlar qəbul edilir. Hazırda sistemdə ingilis dilini öyrənənlər üçün interaktiv dərslər də mövcuddur”.
Təqdimatın ardınca çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanan anadili.az saytının xaricdə yaşayan azərbaycanlılara öz dilini öyrənməkdə verəcəyi faydadan danışıb. Bildirib ki, bu sayt xaricdə yaşayan valideynlərin öz övladlarına dilimizi öyrətmək prosesini xeyli asanlaşdırır: “Uşaqların qrafiklər vasitəsilə dil öyrənməsi öz müsbət nəticəsini verir. Layihənin uğurlar əldə etməsinin şahidi oluruq. Öz ana dillərini, ədəbiyyatı, tarixi, coğrafiyanı, mədəni irsimizi öyrənmək xaricdə yaşayan gənclərimizin istəyinə çevrilib. Vətən haqqında biliklər əldə etmək yüksələn Azərbaycanın məğrurluğundan irəli gəlir. Belə layihələr gənclərdə Vətən sevgisini artırır”.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva hər bir xalqın güclənməsində təhsilin böyük rolu olduğunu qeyd edib. Onun fikrincə, o xalq mübarizədən qalib çıxır ki, təhsilli xalqdır: ““Kaspi” Təhsil Mərkəzi də bu sahədə çox uğurlu fəaliyyət göstərir. Mən çox istərdim ki, bu mərkəz gələcəkdə Azərbaycan nağılları ilə bağlı da bir elektron layihə hazırlasın”.
AMEA-nın müxbir üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquluyev “Kaspi” Təhsil Mərkəzinin həqiqətən də böyük intellektual potensiala malik olduğunu bildirib: “Son 12 il ərzində Azərbaycanın informasiya cəmiyyətində böyük inqilab baş verib. Elektron təhsil sahəsində ölkədə yüksək texnologiyalara malik olan kompyuterlər mövcuddur. Çox istərdik ki, “Kaspi” Təhsil Mərkəzi bizimlə də əməkdaşlıq etsin”.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov İKT sahəsində ilk işlərə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən başlandığını, “Kaspi” Təhsil Mərkəzinin isə bu sahədə uğurlar əldə etdiyini dilə gətirib: ““Kaspi” Təhsil Mərkəzi gənclərin ali məktəblərə hazırlığını həyata keçirir. Bu, çox mühüm məsələlərdən biridir. Mərkəz həm də informasiya texnologiyalarının tədrisinə xüsusi diqqət yetirir. “Kaspi” Təhsil Mərkəzi İKT sahəsinə uyğun təhsil sistemini seçməklə dövlət qarşısında borcunu yerinə yetirir. Əminəm ki, Mərkəzin savadlı kollektivi bundan sonra da qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcək”.
Tədbirdə Qafqaz Universitetinin rektoru Əhməd Saniç, “Kaspi” Təhsil Mərkəzinin elektron təhsil şöbəsinin müdiri Fuad Əliyev, Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov və başqaları da çıxış edərək, gənclərin İKT sahəsinə olan marağından, təhsilin elektronlaşdırılmasının faydasından, “Kaspi” Təhsil Mərkəzinin həyata keçirdiyi layihələrin əhəmiyyətindən söhbət açıblar.
Rufik İSMAYILOVYenilənib"> Yenilənib"> Yenilənib"> Yenilənib"> Yenilənib">

banner

Oxşar Xəbərlər