• çərşənbə, 24 Aprel, 00:06
  • Baku Bakı 14°C

Mənzillərin özəlləşdirilməsi proseduru asanlaşdırılır

29.01.15 11:10 1273
Mənzillərin özəlləşdirilməsi proseduru asanlaşdırılır
Azərbaycanda vətəndaşın yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına təqdim edəcəyi sənədlərrdə dəyişiklik edilir, prosedur asanlaşdırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsinə əlavə və dəyişiklik təklif edilir.
Layihəyə əsasən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə edilən sənədlər” siyahısına orderlə yanaşı, yaxud order əvəzi olaraq “mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” da əlavə olunur. Əlavə ediləcək sənədlər ərizə və sənədlərin təqdim edilməsi zamanı orderi əvəz də edə biləcək.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
banner

Oxşar Xəbərlər