• cümə, 29 Mart, 11:56
  • Baku Bakı 5°C

Mənzillərin çıxarışları yaxın günlərdə jurnalistlərə veriləcək - Komitə

05.09.19 17:19 1014
Mənzillərin çıxarışları yaxın günlərdə jurnalistlərə veriləcək - Komitə
Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda deyilir ki, ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.
banner

Oxşar Xəbərlər