• cümə, 19 Aprel, 10:25
  • Baku Bakı 13°C

“Mənim üçün bundan böyük hədiyyə ola bilməz”

13.01.14 12:10 1641
“Mənim üçün bundan böyük hədiyyə ola bilməz”
Axşam.az-ın məlumatına görə, ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı bu günü qeyd etməyəcəyini bildirib:
“Ad günümü qeyd etməyəcəyəm, bunu xoşlamıram. Ötən il verilişimin kollektivi maraqlı sürpriz etmişdi. Bu il isə nə edəcəklərini bilmirəm. Ad günümdə tək olmaq istəyirəm. Bunu da ailəm bilir. Ona görə, mənə təmtəraqlı sürpriz etmirlər. Amma bu il fərqli oldu. Gecə saat 1-ə beş dəqiqə işləmiş qapımın zəngi çalındı. Atam, anam, qardaşım və uşaqları içəri girdilər. Məni təbrik etdilər. Özəl istədiyim bir hədiyyə yoxdur. İnsan yaşa dolduqca doğma yurdunda olmaq istəyir. Mənim də tək arzum kəndimizə getməkdir. Bundan böyük hədiyyə ola bilməz. İstərdim ki, doğulduğum kəndə gedim, açıq havada oturum, bir il ərzində etdiyim doğru və yanlışları düşünüm. Özümə hesabat verim”.
Xoşqədəm Hidayət qızı Baxşəliyeva Ağdərənin Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinə daxil olub. Elə həmin vaxtlardan da jurnalistikaya ilə maraqlanıb. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Bakı Dövlət Pedaqoji Universitetində davam etdirib. 1995-ci ildə bu universitetdə təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin hüquq fakültəsində ikinci təhsil alıb. Jurnalistlik fəaliyyətinə başlayan X. Baxşəliyeva ilk uğurlarına 1997-98-ci illərdə nail olub.
1998-ci ildə "Üç nöqtə" qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet "Yeni nəsil" Jurnalistlər Birliyi tərəfindən "İlin debütantı" mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», "Peşəkar jurnalist", "Vətənpərvər jurnalist", "Mübariz qəzetçi" və s. O, "Media-2005" seçki blokunun təşəbbüskarlarından və ən fəal üzvlərindən biri olub. 2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Köln Konqresində qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. Zaur adlı bir oğlu var.
Axşam.az saytının kollektivi də Xoşqədəm Hidayətqızını ad günü münasibətilə təbrik edir.
banner

Oxşar Xəbərlər