«Mənim publikam getdi» - Fotolar
Rusiyada aktyorlar çoxdur. Bu isə Aleksandr Aleksandroviç
Kalyaqindir. O, Donna Rozadır, Çiçikovdur, Tartüfdür, Lenindir. Onun adı çəkiləndə
titullardan, fəxri adlardan danışmağa ehtiyac qalmır. Sadəcə Kalyaqin var,
qalan şeylər əhəmiyyətsizdir. Onun 75 yaşı olur.Aleksandr Kalyaqinin Azərbaycan filmlərində oynadığı rollar onun
filmoqrafiyasında mühüm yer tutur. "İstintaq”, "Özgə ömür”, "Şirəbənzər” filmləri
aktyorun adını təkcə kino tariximizə deyil, həm də Azərbaycan tamaşaçısının
yaddaşına yazıb.
Xlestakov
- Əvvəlcə sizdən işlərinizin
necə getdiyini soruşmaq istəyirəm, cənab Xlestakov? Hazırda sizi necə
adlandırmaq olar?
- Bu, sadəcə roldan asılıdır, belədə isə ümumiyyətlə...
- Sizin Xlestakov olduğunuzu
biləndə, heyrətdən az qala oynamaq istədim. Belə güclü, belə avanqard
Xlestakovu Moskva hələ görməyib və görməyəcək də.
- İdeya fantastikdir. Yox, siz jurnalistlər onu fantastik
adlandırırsınız, mənsə qeyri-adi adlandıracağam. Robik (məşhur rejissor Robert
Strua) bu rola razılıq verərkən, deməyə çəkinmirəm, böyük riskə gedirdi. Burda
iki kəlmə ilə də olsa pyesin tarixi haqqında danışmaq lazımdır. «Müfəttiş»in
inanılmaz düzgün təşkili, hansı ki, 100 illərdir Rusiyanın bütün
meydançalarında oynanılıb, əlbəttə, insanlar buna gülməli teatr tamaşasına
gedirmiş kimi baxırdılar.
- Gülməlidir, amma biz bilirik
ki, hökmdar imperator deyib: «Burada hamıya çatıb, amma mənə hamıdan çox».
- Bilirsiniz, baxanda görürsən ki, həmin fraza lap yerinə düşüb. Amma
bu günümüzdə həmin fraza heç bir rol oynamır. 23 yaşlı Xlestakov (pyesdə
yazıldığı kimi), içki düşkünü, qumarbaz, həyatını puç etmiş, borcun içində
çabalayan gənc öz kəndinə qayıdanda, hansısa N şəhərindəki qoca sarsaqlar onun
müfəttiş olduğunu hesab edirlər. Hazırda bunların hamısı əhəmiyyətsizdir. Qoca
sarsaqlar - Bobçinski və Dobçinski özlərindən uydururlar ki, bu gənc
Peterburqdan gizli şəkildə gələn müfəttişdir. Hazırda bu, kimə maraqlıdır?
Zamanında mən «Müfəttiş»in dəyərli rus komediyası olduğunu hesab edirdim.
Ənənəvi komediya – paxıl, pul düşkünü olan, sadəlövh rus ənənəvi insanının
komediyası. Əgər siz problemin nədə olduğunu göstərmək istəyirsinizsə – iş heç
də korrupsiyada, rüşvətxorluqda deyil. Amma indi kimə maraqlıdır ki, Xlestakova
200 manatı dürtürlər. Hazırda milyonlarla rüşvət verirlər. Bax, qubernatorları
tutub həbs edirlər – sonra nələrin baş verdiyini sən də yaxşı bilirsən...
«Revizor»u seyr etməyə gedərkən bilirsən ki, gülməyə və dincəlməyə
gedirsən. Və imperatorun frazası «…mənə qalıb»… Onların milyonlarla rüşvət
alması kimin nəyinə gərək?
Robikin tamam başqa ideyası var idi, o, bunu dahiyanə düşünmüşdü:
bütün bu gənc Laqkin və Taqkinlər, bütün sıxlıq sərf edilmişdi. Deyəndə ki mən
xəstəxanadayam və dərman yoxdur – nə olsun ki? Ölən öləcək, sağalan isə
sağalacaq. Bunu cavan insan deyəndə – bax bu, qorxuludur. Bu zaman
Xlestakova
pulla dolu sumka dürtürlər...
- Surətinin qutusunu da
vermək olardı.
- Cinayət başında tutanda – istər restoranda, istərsə hamamda,
ayağının altına qoyurlar – bax, bu, qorxuludur. Müasirdir!
Robert Strua Şekspirin və ya başqa dramaturqun əsərini tamaşaya qoyur
– onun bütün tamaşaları sosial vətəndaşlıq hüququna həsr olunur. O, sadəcə
güldürə bilmir. İnanın mənə, sadəcə güldürmək üçün ədabazlıq etmək olmur. Mən
ömrüm boyu bunu sınamışam...
- Siz teatrın bədii rəhbərisiniz,
Teatr Xadimləri İttifaqına rəhbərlik edirsiniz. Bu baxımdan, etibarlı şəxssiniz.
Bununla bərabər, siz sərbəst adamsınız və heç kəs sizin kimi yaradıcılıqda o qədər
dəqiq deyil. Arzunuz gerçəkləşibmi? Həyatda istədiyiniz hər şey bu idimi?
- Nə danışırsınız, əgər ciddi desəm, etibarlı şəxs olmaq mənim
razılığımla olub. Mən razılaşmışam, çünki mən insana hörmət edirəm.
Bu, hədiyyədir
- Yaxşı, gəlin
yaradıcılıq haqda danışaq.
- Bu, taleyin hədiyyəsidir. Mənim faciəvi itkilərimə,
yaxınlarımı, doğmalarımı itirməyimə, müxtəlif problemlərimin olduğuna baxmayaraq... Valideynlərimi xatırlayıram.
Atam institut direktoru idi, o, evakuasiyada dünyasını dəyişdi. O vaxt bir
aylıq uşaq idim. Anam isə pedaqoq, fransız dili kafedrasının müdiri idi. O məni
tək böyütdü. Anam tərəfdən bütün qohumlarım yəhudi idi. Anam mənə 1952-ci ildə
qohumlarının Sibirə sürgün edilməsi ilə bağlı siyahı göstərmişdi. Anamın
familiyası Zaydeman idi. Məni də ora göndərərdilər, amma hamısı mənim aktyorluq
qabiliyyətimi görürdü. Mən az qala dəlilik edirdim, dərsləri buraxırdım, bədii
söz studiyasına qaçırdım, skripkada ifa edirdim. 13 yaşım olanda Arkadi Raykinə çoxlu qrammatik səhvləri olan məktub
yazdım. Oxumaq həvəsimin olmadığını, amma aktyorluq arzusu ilə yaşadığımı qeyd
etdim. Arkadi İsaakoviç məktubuma cavab yazdı: "Saşa, mən əməyə inanıram. İş və
əmək mənim bütün həyatımın mənasıdır”. İllər sonra mən həmin məktubu elə efirdə
Arkadi Raykinə oxudum.
Orta məktəbdə problemlər olduğundan, anamın məsləhəti ilə tibb sahəsinə
getdim. Həyat mənim üçün sınaq, seçim oldu. Mənim gənclikdə həmişə seçimlərim
vardı. Gah elə, gah da belə olurdu. Bəzən intuisiyam kömək edirdi. Deyə bilmərəm
ki, mən müdrik olmuşam. Sabah nələr olacağını bilmirəm. Təkcə onu bilirəm ki,
bu yaşadığım taledir – bu, hədiyyədir. Mən nə valideynlərimi, nə də qohumlarımı
aldatmışam, hamı mənimlə fəxr edib.
- Ananız sizin
uğurlarınızı gördümü?
- Demək olar ki, yox. Çünki o zaman mən sənətimin başlanğıcında idim.
İndii fikirləşirəm: əgər onlar sağ olsaydı...
- Siz, həmçinin iki il təcili
yardımda feldşer kimi işləmisiniz. Bu sizin üçün necə təcrübə idi?
- Mən Timiryazov rayonunda 14 saylı tibb məktəbinə daxil oldum. Bu, məktəb
olmaqla yanaşı, feldşer ixtisası verirdi. 3 il oxudum. Tibb İnstitutuna daxil
olmaq istəyirdim, ancaq vaxt olmadı. Anam ağıllı qadın idi. O başa düşürdü ki,
mənə necəsə azadlıq lazımdır. Çünki mənim həmişə özümlə münaqişəm vardı. Mən bu
baxımdan kompleksli idim.
- Və öz komplekslərinizlə
mübarizə aparırdınız...
- Əlbəttə, kəskin formada. Bu, başqalarını çox qıcıqlandırırdı. Bizim
məktəbimiz rayonda ən yaxşılardan sayılırdı. Təlim-tərbiyə güclü intizam üzərində
qurulmuşdu. Xüsusən əgər "2” alsaydım, hamı sinifdə az qala adamı öldürməyə
hazır idi. Bu çətin vəziyyət idi. Ona görə də anam müdrik addım atdı. O, məni
bu yoldan başqa istiqamətə yönəltdi. Çünki tibb məktəbində özün-özünə cavabdehsən,
bu, azad mühitdir.
- Xatırlayırsınızmı,
Rozenbaum təcili yardımda işləməsi haqqında mahnı da bəstələyib.
- Hə… «Təcili yardım». Bu, hansısa bədbəxtliklərlə toqquşmadır. Mən
düşünürəm: «Əgər mən 19 yaşımda bunun nə olduğunu görməsəydim, necə aktyor
olardım? Təbii, mən ki müharibədə olmamışam. İnsan faciəsi nə deməkdir? İnsan nə
zaman ölür, insana nə vaxt kömək lazımdır, nə vaxt sadəcə xəstələnir? Tibb bədbəxtliklərlə,
ağır mənəvi yaşantılarla bağlıdır. Nə qədər ki cavan olursan, bu ağrılara öyrəşməyə
başlayırsan. Ona görə düşünürəm ki, əgər mən insanların son gününü görməsəydim,
hiss etməsəydim, kim olardım?
Almazlı göy arzusu
- Rejissor həmişə diktatordur...
- O, diktator olmağa borcludur. Rejissor bütün truppanı ələ almalı,
öz ideyalarını reallaşdırmalıdır. Bu, çox çətindir. Nə vaxt ki həyatda səni
sevmirlər, hələ üstəlik nifrət edirlər və sənə aid olmayan şeyləri sənə
ünvanlayırlar, bu çox pisdir. Ona görə mən həmişə bu teatrdan digərinə
qaçmışam. Bilirsinizmi, məni alçaldanda bunu xoşlamıram. Mən o rejissorla işləməyə
hazıram ki, səndən kölə düzəldir. Bu, yaradıcılıqda çox lazımdır.
- Ancaq Yefromov haqqında
bu sözləri demək olmaz.
- Bununla belə, mən onun yanından getmədim. Mən onunla 30 il işlədim.
30 il, o tamamilə qocalana qədər işlədim. İnanın mənə, Moskva Bədii Teatrı
xüsusi bir mərhələdir. Yefromov mənim üçün sadəcə bir Allahdır. Onun sevgilisi
də, arvadı da, uşaqları da teatrdır. Teatr – onun Tanrısıdır. Stanislavski,
Çexov onun Allahıdır. Sonra isə yaşla əlaqədar ona işləmək çətin idi. Ancaq
insanlar onu əhatə edirdi. O, illər boyu parçalandı, parçalanması illər boyu
davam etdi. Ondan sonra isə sanki hamıda xəstəlik şiddətlənəndən sonra Jenya
Yevstiqneyev getdi, Nastya Vertinskaya getdi, Oleq Borisov getdi...
- Sizin keçmişlə bağlı
nostaljiniz varmı? O zamanları soruşuram ki, yaradıcılıq hər şeydən öndə idi...
- O tamam başqa zaman idi. İndi çoxları bilir ki, Strua kimdir?
Çoxları bilmir ki, Kolyaqin kimdir... Ancaq bu barədə danışmayacağıq. Bu,
onların problemidir. Mən hətta onları söyməyəcəm – lazım deyil. Onlar özlərinə
nə lazım olduğunu heç zaman anlamayacaqlar. Allah köməkləri olsun, necə istəyirlər,
elə də yaşasınlar. Əgər sizin xoşunuza aypəddə oxumaq gəlirsə, aypəddə oxuyun.
Böyük rejissorun dediyi kimi: «mənim publikam getdi». Nə etməli? Mən hirslənməliyəmmi?
Teatr İnstitutunu qurtaran gənc Efosun kim olduğunu bilmir. Mən öz tələbəmdən «siz
bizim tamaşalara baxmısınızmı» - soruşanda, «aypəddə baxmışam» - deyə cavab
verir. Aypədlə teatrı sevmək olarmı? Teatra mütləq getmək lazımdır. Öz
teatrının dəlisi olmalısan.
- Mən bu yaxınlarda
Dumada Jirinovskinin çıxışına qulaq asdım. «Bu Qoqallar bizim nəyimizə
lazımdır? Bizim özümüzün Çiçikovlarımız kifayət qədərdir. Onların haqqında
tamaşa qoymaq lazımdır. Siz, ölkənin baş Çiçikovu kimi buna necə cavab verərdiniz?
- Belə bir anlayış var -
«Çiçikovşina». Nikolay Vasilyeviç öz əsərini boş yerə poema adlandırmayıb. "Ölü
canlar" Rusiya haqqında yumorlu fəlsəfi traktatdır. O mülkədarları təsvir etməklə,
rus adamının müxtəlif formalarda təsvirini yaradıb. Bütün bunlar necə də gözəldir.
Bütün o obrazlar bizdə var. Həmçinin Çiçikov...
- Müasir Çiçikov kimdir?
Boris Abramoviç Berezovski?
- Sən bir fikirləş... "Qəlb” sözü adətən həmişə canlı məxluq
haqqındadır. Ancaq onlar ölü qəlblərdir. O bütün dünyanı, hamını aldatmaq
kimidir. Çexov göydə almazlar haqda arzulayırdı. Ancaq bunu görmək ona qismət
olmadı. O bu göndərişi bizə saxladı. Biz isə o vaxtdan bəri almazlı göyü görə
bilmirik. Mən hesab edirəm ki, bizim burda doğulmağımız böyük xoşbəxtlikdir. Bu,
həmçinin əbədi əzabdır. Ruslar, ola bilər ki, seçilmiş xalqdır. Axı mən bu il
«Ölümsüz alay»a getmək istəyirdim.
- Mən sizin necə cavab
verəcəyinizi qabaqcadan bilirdim.
- Mənim doğma dayım döyüşüb. Mən getmək istəyirdim, hətta söz verdim
ki, gələcəyəm. Təəssüf ki, bacarmadım. «Ölümsüz alay» möhtəşəm işdir. Ancaq dəhşətli
şərhləri eşidəndə bunu hörmətsizlik adlandırdım. Nə istəsəniz uydura bilərsiniz,
ancaq buna toxunmayın...
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova