AZE | RUS | ENG |


«Mənim publikam getdi» - Fotolar

«Mənim publikam getdi» - Fotolar
Aleksandr Kalyaqin: O rejissorla işləməyə hazıram ki, aktyordan kölə düzəldir

Rusiyada aktyorlar çoxdur. Bu isə Aleksandr Aleksandroviç Kalyaqindir. O, Donna Rozadır, Çiçikovdur, Tartüfdür, Lenindir. Onun adı çəkiləndə titullardan, fəxri adlardan danışmağa ehtiyac qalmır. Sadəcə Kalyaqin var, qalan şeylər əhəmiyyətsizdir. Onun 75 yaşı olur. Aleksandr Kalyaqinin Azərbaycan filmlərində oynadığı rollar onun filmoqrafiyasında mühüm yer tutur. "İstintaq”, "Özgə ömür”, "Şirəbənzər” filmləri aktyorun adını təkcə kino tariximizə deyil, həm də Azərbaycan tamaşaçısının yaddaşına yazıb.  

Xlestakov

- Əvvəlcə sizdən işlərinizin necə getdiyini soruşmaq istəyirəm, cənab Xlestakov? Hazırda sizi necə adlandırmaq olar?
- Bu, sadəcə roldan asılıdır, belədə isə ümumiyyətlə...  

- Sizin Xlestakov olduğunuzu biləndə, heyrətdən az qala oynamaq istədim. Belə güclü, belə avanqard Xlestakovu Moskva hələ görməyib və görməyəcək də. 
- İdeya fantastikdir. Yox, siz jurnalistlər onu fantastik adlandırırsınız, mənsə qeyri-adi adlandıracağam. Robik (məşhur rejissor Robert Strua) bu rola razılıq verərkən, deməyə çəkinmirəm, böyük riskə gedirdi. Burda iki kəlmə ilə də olsa pyesin tarixi haqqında danışmaq lazımdır. «Müfəttiş»in inanılmaz düzgün təşkili, hansı ki, 100 illərdir Rusiyanın bütün meydançalarında oynanılıb, əlbəttə, insanlar buna gülməli teatr tamaşasına gedirmiş kimi baxırdılar. 
 
 
 
- Gülməlidir, amma biz bilirik ki, hökmdar imperator deyib: «Burada hamıya çatıb, amma mənə hamıdan çox».
- Bilirsiniz, baxanda görürsən ki, həmin fraza lap yerinə düşüb. Amma bu günümüzdə həmin fraza heç bir rol oynamır. 23 yaşlı Xlestakov (pyesdə yazıldığı kimi), içki düşkünü, qumarbaz, həyatını puç etmiş, borcun içində çabalayan gənc öz kəndinə qayıdanda, hansısa N şəhərindəki qoca sarsaqlar onun müfəttiş olduğunu hesab edirlər. Hazırda bunların hamısı əhəmiyyətsizdir. Qoca sarsaqlar - Bobçinski və Dobçinski özlərindən uydururlar ki, bu gənc Peterburqdan gizli şəkildə gələn müfəttişdir. Hazırda bu, kimə maraqlıdır?
Zamanında mən «Müfəttiş»in dəyərli rus komediyası olduğunu hesab edirdim. Ənənəvi komediya – paxıl, pul düşkünü olan, sadəlövh rus ənənəvi insanının komediyası. Əgər siz problemin nədə olduğunu göstərmək istəyirsinizsə – iş heç də korrupsiyada, rüşvətxorluqda deyil. Amma indi kimə maraqlıdır ki, Xlestakova 200 manatı dürtürlər. Hazırda milyonlarla rüşvət verirlər. Bax, qubernatorları tutub həbs edirlər – sonra nələrin baş verdiyini sən də yaxşı bilirsən... 
«Revizor»u seyr etməyə gedərkən bilirsən ki, gülməyə və dincəlməyə gedirsən. Və imperatorun frazası «…mənə qalıb»… Onların milyonlarla rüşvət alması kimin nəyinə gərək? 
Robikin tamam başqa ideyası var idi, o, bunu dahiyanə düşünmüşdü: bütün bu gənc Laqkin və Taqkinlər, bütün sıxlıq sərf edilmişdi. Deyəndə ki mən xəstəxanadayam və dərman yoxdur – nə olsun ki? Ölən öləcək, sağalan isə sağalacaq. Bunu cavan insan deyəndə – bax bu, qorxuludur. Bu zaman
 
Xlestakova pulla dolu sumka dürtürlər...

- Surətinin qutusunu da vermək olardı.
- Cinayət başında tutanda – istər restoranda, istərsə hamamda, ayağının altına qoyurlar – bax, bu, qorxuludur. Müasirdir!
Robert Strua Şekspirin və ya başqa dramaturqun əsərini tamaşaya qoyur – onun bütün tamaşaları sosial vətəndaşlıq hüququna həsr olunur. O, sadəcə güldürə bilmir. İnanın mənə, sadəcə güldürmək üçün ədabazlıq etmək olmur. Mən ömrüm boyu bunu sınamışam... 
 
- Siz teatrın bədii rəhbərisiniz, Teatr Xadimləri İttifaqına rəhbərlik edirsiniz. Bu baxımdan, etibarlı şəxssiniz. Bununla bərabər, siz sərbəst adamsınız və heç kəs sizin kimi yaradıcılıqda o qədər dəqiq deyil. Arzunuz gerçəkləşibmi? Həyatda istədiyiniz hər şey bu idimi?
- Nə danışırsınız, əgər ciddi desəm, etibarlı şəxs olmaq mənim razılığımla olub. Mən razılaşmışam, çünki mən insana hörmət edirəm. 
 
 
 
Bu, hədiyyədir

- Yaxşı, gəlin yaradıcılıq haqda danışaq.
- Bu, taleyin hədiyyəsidir. Mənim faciəvi itkilərimə, yaxınlarımı, doğmalarımı itirməyimə, müxtəlif problemlərimin olduğuna  baxmayaraq... Valideynlərimi xatırlayıram. Atam institut direktoru idi, o, evakuasiyada dünyasını dəyişdi. O vaxt bir aylıq uşaq idim. Anam isə pedaqoq, fransız dili kafedrasının müdiri idi. O məni tək böyütdü. Anam tərəfdən bütün qohumlarım yəhudi idi. Anam mənə 1952-ci ildə qohumlarının Sibirə sürgün edilməsi ilə bağlı siyahı göstərmişdi. Anamın familiyası Zaydeman idi. Məni də ora göndərərdilər, amma hamısı mənim aktyorluq qabiliyyətimi görürdü. Mən az qala dəlilik edirdim, dərsləri buraxırdım, bədii söz studiyasına qaçırdım, skripkada ifa edirdim. 13 yaşım olanda Arkadi Raykinə çoxlu qrammatik səhvləri olan məktub yazdım. Oxumaq həvəsimin olmadığını, amma aktyorluq arzusu ilə yaşadığımı qeyd etdim. Arkadi İsaakoviç məktubuma cavab yazdı: "Saşa, mən əməyə inanıram. İş və əmək mənim bütün həyatımın mənasıdır”. İllər sonra mən həmin məktubu elə efirdə Arkadi Raykinə oxudum.
Orta məktəbdə problemlər olduğundan, anamın məsləhəti ilə tibb sahəsinə getdim. Həyat mənim üçün sınaq, seçim oldu. Mənim gənclikdə həmişə seçimlərim vardı. Gah elə, gah da belə olurdu. Bəzən intuisiyam kömək edirdi. Deyə bilmərəm ki, mən müdrik olmuşam. Sabah nələr olacağını bilmirəm. Təkcə onu bilirəm ki, bu yaşadığım taledir – bu, hədiyyədir. Mən nə valideynlərimi, nə də qohumlarımı aldatmışam, hamı mənimlə fəxr edib. 
 
- Ananız sizin uğurlarınızı gördümü?
- Demək olar ki, yox. Çünki o zaman mən sənətimin başlanğıcında idim. İndii fikirləşirəm: əgər onlar sağ olsaydı...
 
- Siz, həmçinin iki il təcili yardımda feldşer kimi işləmisiniz. Bu sizin üçün necə təcrübə idi? 
- Mən Timiryazov rayonunda 14 saylı tibb məktəbinə daxil oldum. Bu, məktəb olmaqla yanaşı, feldşer ixtisası verirdi. 3 il oxudum. Tibb İnstitutuna daxil olmaq istəyirdim, ancaq vaxt olmadı. Anam ağıllı qadın idi. O başa düşürdü ki, mənə necəsə azadlıq lazımdır. Çünki mənim həmişə özümlə münaqişəm vardı. Mən bu baxımdan kompleksli idim. 
 
 
 
- Və öz komplekslərinizlə mübarizə aparırdınız...
- Əlbəttə, kəskin formada. Bu, başqalarını çox qıcıqlandırırdı. Bizim məktəbimiz rayonda ən yaxşılardan sayılırdı. Təlim-tərbiyə güclü intizam üzərində qurulmuşdu. Xüsusən əgər "2” alsaydım, hamı sinifdə az qala adamı öldürməyə hazır idi. Bu çətin vəziyyət idi. Ona görə də anam müdrik addım atdı. O, məni bu yoldan başqa istiqamətə yönəltdi. Çünki tibb məktəbində özün-özünə cavabdehsən, bu, azad mühitdir. 
 
- Xatırlayırsınızmı, Rozenbaum təcili yardımda işləməsi haqqında mahnı da bəstələyib. 
- Hə… «Təcili yardım». Bu, hansısa bədbəxtliklərlə toqquşmadır. Mən düşünürəm: «Əgər mən 19 yaşımda bunun nə olduğunu görməsəydim, necə aktyor olardım? Təbii, mən ki müharibədə olmamışam. İnsan faciəsi nə deməkdir? İnsan nə zaman ölür, insana nə vaxt kömək lazımdır, nə vaxt sadəcə xəstələnir? Tibb bədbəxtliklərlə, ağır mənəvi yaşantılarla bağlıdır. Nə qədər ki cavan olursan, bu ağrılara öyrəşməyə başlayırsan. Ona görə düşünürəm ki, əgər mən insanların son gününü görməsəydim, hiss etməsəydim, kim olardım? 
 
Almazlı göy arzusu

- Rejissor həmişə diktatordur...
- O, diktator olmağa borcludur. Rejissor bütün truppanı ələ almalı, öz ideyalarını reallaşdırmalıdır. Bu, çox çətindir. Nə vaxt ki həyatda səni sevmirlər, hələ üstəlik nifrət edirlər və sənə aid olmayan şeyləri sənə ünvanlayırlar, bu çox pisdir. Ona görə mən həmişə bu teatrdan digərinə qaçmışam. Bilirsinizmi, məni alçaldanda bunu xoşlamıram. Mən o rejissorla işləməyə hazıram ki, səndən kölə düzəldir. Bu, yaradıcılıqda çox lazımdır. 
 
- Ancaq Yefromov haqqında bu sözləri demək olmaz.
- Bununla belə, mən onun yanından getmədim. Mən onunla 30 il işlədim. 30 il, o tamamilə qocalana qədər işlədim. İnanın mənə, Moskva Bədii Teatrı xüsusi bir mərhələdir. Yefromov mənim üçün sadəcə bir Allahdır. Onun sevgilisi də, arvadı da, uşaqları da teatrdır. Teatr – onun Tanrısıdır. Stanislavski, Çexov onun Allahıdır. Sonra isə yaşla əlaqədar ona işləmək çətin idi. Ancaq insanlar onu əhatə edirdi. O, illər boyu parçalandı, parçalanması illər boyu davam etdi. Ondan sonra isə sanki hamıda xəstəlik şiddətlənəndən sonra Jenya Yevstiqneyev getdi, Nastya Vertinskaya getdi, Oleq Borisov getdi...
 
 
 
- Sizin keçmişlə bağlı nostaljiniz varmı? O zamanları soruşuram ki, yaradıcılıq hər şeydən öndə idi...
- O tamam başqa zaman idi. İndi çoxları bilir ki, Strua kimdir? Çoxları bilmir ki, Kolyaqin kimdir... Ancaq bu barədə danışmayacağıq. Bu, onların problemidir. Mən hətta onları söyməyəcəm – lazım deyil. Onlar özlərinə nə lazım olduğunu heç zaman anlamayacaqlar. Allah köməkləri olsun, necə istəyirlər, elə də yaşasınlar. Əgər sizin xoşunuza aypəddə oxumaq gəlirsə, aypəddə oxuyun. Böyük rejissorun dediyi kimi: «mənim publikam getdi». Nə etməli? Mən hirslənməliyəmmi? Teatr İnstitutunu qurtaran gənc Efosun kim olduğunu bilmir. Mən öz tələbəmdən «siz bizim tamaşalara baxmısınızmı» - soruşanda, «aypəddə baxmışam» - deyə cavab verir. Aypədlə teatrı sevmək olarmı? Teatra mütləq getmək lazımdır. Öz teatrının dəlisi olmalısan. 
 
- Mən bu yaxınlarda Dumada Jirinovskinin çıxışına qulaq asdım. «Bu Qoqallar bizim nəyimizə lazımdır? Bizim özümüzün Çiçikovlarımız kifayət qədərdir. Onların haqqında tamaşa qoymaq lazımdır. Siz, ölkənin baş Çiçikovu kimi buna necə cavab verərdiniz?
- Belə bir anlayış var  - «Çiçikovşina». Nikolay Vasilyeviç öz əsərini boş yerə poema adlandırmayıb. "Ölü canlar" Rusiya haqqında yumorlu fəlsəfi traktatdır. O mülkədarları təsvir etməklə, rus adamının müxtəlif formalarda təsvirini yaradıb. Bütün bunlar necə də gözəldir. Bütün o obrazlar bizdə var. Həmçinin Çiçikov... 
 
- Müasir Çiçikov kimdir? Boris Abramoviç Berezovski?
- Sən bir fikirləş... "Qəlb” sözü adətən həmişə canlı məxluq haqqındadır. Ancaq onlar ölü qəlblərdir. O bütün dünyanı, hamını aldatmaq kimidir. Çexov göydə almazlar haqda arzulayırdı. Ancaq bunu görmək ona qismət olmadı. O bu göndərişi bizə saxladı. Biz isə o vaxtdan bəri almazlı göyü görə bilmirik. Mən hesab edirəm ki, bizim burda doğulmağımız böyük xoşbəxtlikdir. Bu, həmçinin əbədi əzabdır. Ruslar, ola bilər ki, seçilmiş xalqdır. Axı mən bu il «Ölümsüz alay»a getmək istəyirdim. 
 
- Mən sizin necə cavab verəcəyinizi qabaqcadan bilirdim. 
- Mənim doğma dayım döyüşüb. Mən getmək istəyirdim, hətta söz verdim ki, gələcəyəm. Təəssüf ki, bacarmadım. «Ölümsüz alay» möhtəşəm işdir. Ancaq dəhşətli şərhləri eşidəndə bunu hörmətsizlik adlandırdım. Nə istəsəniz uydura bilərsiniz, ancaq buna toxunmayın...
 
Rusiya mətbuatından çevirdi
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7028
GBP 1 İngilis funt sterlinqi 2.1620
TRY 1 Türk lirəsi 0.4850
KWD 1 Küveyt dinarı 5.6049
SEK 1 İsveç kronu 0.1947
EUR 1 Avro 1.8999
CHF 1 İsveçrə frankı 1.7536
USD 1 ABŞ dolları 1.7022