• cümə, 29 Mart, 03:38
  • Baku Bakı 7°C

“Mənim Prezidentim“in çəkilişlərində 1000-dən çox gənc iştirak edib

09.09.13 15:38 1363
“Mənim Prezidentim“in çəkilişlərində 1000-dən çox gənc iştirak edib
Sözləri İsmayıl Dadaşova, musiqisi Tünzalə Ağayevaya məxsus "Mənim Prezidentim" himni üçün Bakıda İçərişəhər ərazisində klipin çəkilişləri baş tutub.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından Trend-ə verilən məlumata görə, tanınmış klipmeyker Ülviyyə Könülün rəhbərliyi altında aparılan çəkilişlərdə "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunu dəstəkləyən 1000-dən çox gənc iştirak edib.
6 saatdan artıq davam edən çəkilişlər maraqlı kadrlarla yadda qalıb. 1000 nəfər gənc tərəfindən improvizə olunmuş "flashmob" çəkilişlərə xüsusi rəng qatıb.
Şuradan bildirilib ki, klipin təqdimatı qısa zaman ərzində keçiriləcək və izləyicilərə təqdim olunacaq.
Qeyd edək ki, "Mənim Prezidentim" Gənclərin Təşəbbüs Qrupu Prezident İlham Əliyevin son 10 il ərzində apardığı uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə də gənclərə çatdırmaq məqsədilə yaradılıb. Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daim yeni məlumatlar əldə etmək üçün fb.com/mypresident.az səhifəsinə və qoşulmaq üçün www.mp2013.az səhifəsinə daxil olmaq kifayətdir.
banner

Oxşar Xəbərlər