• cümə, 26 Aprel, 00:49
  • Baku Bakı 16°C

Mənim Mətbuat Katibim

21.07.15 17:12 1883
Mənim Mətbuat Katibim
Azərbaycan mətbuatının yaranmasından 140 il ötür. Bu münasibətlə sözü gedən peşənin sahibləri bayramlarını müxtəlif səpkidə qeyd edirlər. Mətbuat nümayəndələri dövlət strukturları, həmçinin əməkdaşlıq etdikləri digər qurumlar tərəfindən diplom və hədiyyələrlə təltif olunurlar. Bu ənənənin kənara çıxaraq, Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədinin Dostları Mətbuat Klubunun təşkilatçılığı, “CafeMedia“nın təşkilati dəstəyi ilə jurnalist Gülşanə Mustafayevanın ideya müəllifi olduğu “Mənim Mətbuat Katibim” layihəsi keçirilib. Layihənin məqsədi, daim jurnalistlərlə qarşılıqlı əməkdaşlıq edən Nazirliklərin, digər dövlət qurumlarının mətbuat katiblərinin peşə bayramını təbrik etmək olub. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova, Nazirlik və digər dövlət qurumlarının mətbuat katibləri və jurnalistlər iştirak ediblər.
Tədbir Milli Mətbuatımızın 140 illik yubileyinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb. Daha sonra layihənin ideya müəllifi G.Mustafayeva jurnalistləri xüsusi hazırlanmış seçki qutusunun ətrafına dəvət edərək ən fəal mətbuat katibinə səs vermələrini xahiş edib. Səsvermənin nəticələrinə əsasən, Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Səmayə Məmmədova 1-ci yerə layiq görülüb. I, II və III yerlərin sahibləri və digər mətbuat katibləri Diplom və Fəxri Fərmanlarla təltif ediliblər. Eyni zamanda, mətbuat katibləri və jurnalistlərə peşə bayramları münasibətilə hədiyyələr verilib.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbirin qonaqlarını salamlayıb və onları peşə bayramı münasibətilə təbrik edib. Milli Mətbuatımızın keçdiyi uzun və çətin yoldan danışan A.Əliyeva dövlətimizin hər bir sahəyə olduğu kimi, mətbuata da yüksək səviyyədə diqqət və qayğı göstərdiyini bildirib. O, son illərdə bu sahənin inkişafını diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib. Sonda, xatirə şəkilləri çəkilib.
Kaspi.az

banner

Oxşar Xəbərlər