• cümə, 29 Mart, 02:06
  • Baku Bakı 7°C

“Məni bıçaqla doğrasaydılar, belə ağrıtmazdı”

04.12.17 12:20 2542
“Məni bıçaqla doğrasaydılar, belə ağrıtmazdı”
Cennaro Qattuzon un "Milan”ın baş məşqçi postunda debütü uğurlu olmadı.
Kaspi.az xəbər verir ki, "Milan” A seriyasının aşkar autsayderi "Benevento” ilə bərabərə qaldı – 2:2. Bu, "Benevento”nun A seriyasında qazandığı ilk xal oldu. Qarşılaşmadan sonra Qattuzo fikirlərini bildirib:
"Sözsüz, bu nəticə adamı yandırır, ağırıdır. Məni bıçaqla doğrasaydılar, belə ağrıtmazdı. Son 15 dəqiqə çox ağır oldu. Biz olduqca vəhşi bir qol buraxdıq.
Heç gözləməzdim ki, son saniyələrdə rəqibin qapıçısı qapımıza qol vuracaq. Paltardəyişmə otağında futbolçularımın pis durumda olduğunu gördüm. Bu, çox ağırdır. Ancaq yaranı sağaltmaq lazımdı”.
banner

Oxşar Xəbərlər