• cümə axşamı, 18 aprel, 21:48
  • Baku Bakı 21°C

“Mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq azərbaycanlıların ümdə borcudur”

12.02.19 19:06 532
“Mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq azərbaycanlıların ümdə borcudur”
"Hazırda beynəlxalq münasibətlərdə çox mürəkkəb mərhələdən keçirik. Bu, heç şübhəsiz ki, dövlətlərarası və beynəlxalq münasibətlərdə də yeni keyfiyyət dəyişikliyi yaradır və bu prosesdə biz yeni hadisənin "təntənəsinin” şahidi oluruq. Əlbəttə ki, bu, netokratiya, yəni şəbəkə hakimiyyəti adlandırılan yeni hakimiyyət növünün milli dövlətlər üzərində təcrübədən keçirilməsidir. Və qlobal dövlət adlandırılan dövlətə məhz milli dəyərlərdən uzaq, yeni informativ əsaslarda formalaşan vətəndaşların identifikasiyası prosesi gedir. Bu uzun müddətli prosesdir və artıq başlayıb”.

Modern.azxəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Hikmət Babaoğlu bildirib ki, bu prosesin hədəfi milli dövlətlər və milli maraqlardır: "Prosesin birinci mərhələsi dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma ilə başlayır.

İkinci mərhələ lidersizləşdirmədir və sonda hədəf dövlətsizləşdirmə mərhələsinə qədər gəlib çatır. Biz hamımız azərbaycanlıyıq. Harada yaşamağımızdan, hansı peşə ilə məşğul olmağımızdan, hansı siyasi dünyagörüşünün daşıyıcısı olmasından asılı olmayaraq, hər birimizin ən ümdə vəzifəsi Vətəni, dövləti qorumaqdır. Ona görə də, düşünürəm ki, son dövrlərdə müşahidə etdiyimiz dəyərsizləşdirmə və mənəviyyatsızlaşdırma tendensiyasına son qoymaq bütün azərbaycanlıların ümdə borcudur”.

Çıxışı zamanı Azəraycanda çap mediasının vəziyyətinə toxunan millət vəkili söyləyib ki, Azərbaycan Prezidenti milli mətbuatın böyük hamisi və dostudur. "Əgər Azərbaycanda bu günə qədər çap mediası varsa, buna görə Prezident İlham Əliyevin himayəsinə borcludur. Düşünürəm ki, bundan sonrakı mərhələdə də çap mediasının yaşaması üçün hamıdan çox Azərbaycan Prezidenti narahatdır və çap mediasının yaşaması üçün bundan sonra da lazımi addımlar atacaqdır. Hazırda informasiya cəmiyyətində, infiormasiyanın əldə edilməsi, bölünməsi üçün yeni mərhələ baş verir. Bu prosesdə də çap mediası sona qədər öz rolunu oynayacaq”-deyə, Hikmət Babaoğlu vurğulayıb.

Türkiyə Böyük Millət Məclisi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentinin 100 illik yubileyi ilə bağlı pul sikkəsinin hazırlanaraq deputatlara təqdim edilməsini də yüksək qiymətləndirən millət vəkilinin sözlərinə görə, yalnız "Bir millət, iki dövlət” fələsəfəsilə yaşayan ölkənin parlament rəhbəri belə bir addım ata bilərdi: "Biz məhz qardaş ölkə tərəfindən belə bir addımın şahidi olduq və bunu qürurla qəbul edirik”.
banner

Oxşar Xəbərlər