“Mənəvi irsin qorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir”
"Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai Birliyi” ölkə boyunca "Mənəvi
dəyərlərin təbliği: necə və nə etməli?" adlı silsilə tədbirlərini uğurla davam
etdirir.
Birlikdən verilən məlumata görə, bu gün növbəti tədbir Balakən şəhər mərkəzi
kitabxanasında keçirilib.
Tədbirdə çıxış edən "Yeni Üfüq Mənəvi İrsin Təbliği İctimai
Birliyinin" sədri Sevinc Əzimbəyli bildirib ki, silsilə tədbirlərin əsas
məqsədi mənəvi dəyərlərin qorunması və mühafizə olunması istiqamətində ölkə
vətəndaşları arasında maarifləndirmə işinə dəstək verməkdir: "Xüsusilə, bu
çərçivədə gənclərimizə milli vətənpərvərlik ruhunu, mənəvi dirçəlişimizin
yüksəlişini ən əsas və müqəddəs prinsip kimi təqdim etməkdir. Onu qeyd edim ki,
gələcək nəsillərə milli mənəvi dəyərləri, irsimizi çatdırmaq üçün bu gün hər
birimizin üzərimizə böyük məsuliyyət düşür. Dövlətimiz tərəfindən xeyli işlər
görülür və bu sahəyə diqqət və qayğı göstərilir. Deyərdim ki, bu gün milli
mənəvi dəyərlərimizin həqiqi təəssübkeşi Prezident İlham Əliyevdir”.
Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas
Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, milli mənəvi irsimizinqorunması dövlətimizin bütövlüyünə ən böyük xidmətdir: "Ölkəmizdə
milli və mənəvi dəyərlərimizin gənclərimizə aşılanması onların gələcəkdə
mükəmməl ölkə vətəndaşı kimi formalaşmasına ən mübarək səbəbdir. Radikal
qüvvələrin ölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütün
addımlarının zərərləşdirilməsi naminə hər
birimiz Azərbaycan dövlətinin yanında olmalıyıq”.Tədbirdə Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov
və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Balakən təmsilçisi Sərxan
Tahirzadə mövzu ətrafında çıxış ediblər.
Tədbirdə ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak
ediblər.