AZE | RUS | ENG |

“Mənə bir az vaxt lazımdır”

“Mənə bir az vaxt lazımdır”
Ruslan Abışov “Rubin”in əsas heyətinə düşəcəyinə inanır


Azərbaycan milli komandasının və Rusiyanın “Rubin” klunun futbolçusu Ruslan Abışovun Qol.Az saytına müsahibəsi

- Dünən “Rubin”lə müqavilə imzaladın. Halbuki çoxdan idi bu komandanın düşərgəsindəydin. Transfer niyə bu qədər gec rəsmiləşdi?

- Əvvəlcə mən burnumdan əməliyyat oldum. Sonra da “Rubin”in təlim-məşq toplanışları başladı. Komanda çoxdan idi Kazanda deyildi. Ona görə belə alındı. Başqa səbəb, problem yox idi.

- Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olsan da, azad agent statusu ilə “Rubin”ə transfer olundun. Bunun səbəbi nədir?

- Mənim bundan xəbərim yoxdur. Bu, hər iki klub arasında razılaşdırılmış məsələdir.

-Yeni komandanda sənin mövqeyində güclü müdafiəçilər var. Razısan ki, onlarla rəqabət sənə asan olmayacaq?

- Özümə güvənirəm. Məşqlərdə iştirak edəcəyəm. Mənə verilən şansdan maksimum yararlanmağa çalışacağam. İnanıram ki, tez bir zamanda komandanın aparıcı futbolçusuna çevriləcəyəm.

- Bəzi mütəxəssislər bildirirlər ki, ilk vaxtlarda sənin “Rubin”in start heyətinə düşmək şansın yoxdur.

- Hamının fikrinə hörmətlə yanaşıram. Bu, normaldır. Komandaya təzə qoşulmuşam. Bəli, start heyətdə meydana çıxmaq üçün mənə bir az zaman lazımdır. Düşünürəm ki, vaxtı gələndə hər şey qaydasına düşəcək.

- Qarşıdan Avroliqanın oyunları gəlir. Bu oyunlarda adın sifariş ərizəsində var?

- Yox. Komandaya gec qoşulduğum üçün adım iştirak ərizəsinə salınmayıb.

- “Zenit”lə Premyer Liqanın yaz hissəsindəki ilk oyunda iştirakın nə dərəcədə realdır?

- Əlbəttə, istərdim bu oyunda meydana çıxım. Ancaq hələ tam hazır olub-olmamağımı bilmirəm. Bu, baş məşqçinin qərarından asılıdır.

- “Rubin”də neçə nömrəli forma altında oynayacaqsan?

- 87.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933