Mənbic əhalisi də Türkiyə ordusunun gəlişini gözləyir
Türkiyə
Suriyanın sərhəd rayonlarında terror qruplaşmalarına qarşı yeni əməliyyatlar
keçirməyə hazırdır.
Trend-in
məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident
deyib: "Türkiyə üçün terrorçuların harada fəaliyyət göstərməsi vacib
deyil, biz onları məhv etmək üçün hər şeyi etməyə hazırıq".
Ərdoğan
həmçinin qeyd edib ki, Mənbic, Təll-Abyad, Ras-əl-Ayna kimi şəhərlərin əhalisi
də Türkiyə ordusunun gəlişi üçün çağırışlar edir:
"Heç
kimin haqqı yoxdur, desin ki, Türkiyə Suriyanı işğal edir".
Xatırladaq
ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD,
YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı"
adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin
"F-16" təyyarələri də cəlb olunub.
Bu gün Türkiyə SQ Baş Qərargahının rəisi Hulusi Akar
əməliyyat çərçivəsində Türkiyə Ordusunun "Azad Suriya Ordusu" ilə
birgə Afrində son yaşayış məntəqələrini azad etdiyini deyib.