• çərşənbə axşamı, 16 aprel, 19:18
  • Baku Bakı 18°C

Mənbə: KTMT-nın yeni baş katibi Ermənistanın müdafiə naziri Ohanyan olacaq

12.09.16 09:39 776
Mənbə: KTMT-nın yeni baş katibi Ermənistanın müdafiə naziri Ohanyan olacaq
Ermənistanın müdafiə naziri Seyran Ohanyan güman ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi təyin olunacaq.

APA-nın məlumatına görə, bu barədə "İnterfaks" agentliyinə Ermənistan hökumətindəki mənbə bildirib.

"Yaxın vaxtlarda Ohanyan Ermənistanın müdafiə naziri postundan azad olunacaq. O, KTMT-nın baş katibi postunu tutacaq", - deyə mənbə qeyd edib.

Bundan əvvəl Ermənistan prezidentiSerj Sarkisyandövlət idarəçiliyində geniş miqyaslı dəyişikliklərin olacağını bildirib.

KTMT-nın hazırkı baş naziri Nikolay Bordyuja isə yeni baş katibin adının təşkilatın bu il oktyabrın 14-də Ermənistanda keçiriləcək iclasında açıqlanacağını deyib.

"Yeni baş katib Ermənistan nümayəndəsi olacaq", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər