• çərşənbə axşamı, 19 mart, 06:42
  • Baku Bakı 8°C

“Mən və O”

10.01.19 13:45 5753
“Mən və O”
Layihənin qonaqları Respublikanın Əməkdar artisti Şövqi Hüseynov və həyat yoldaşı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovadır.
Sevdiyiniz teatr?
Şövqi Hüseynov:
Mən: M.Zaxarovun "Lenkom” teatrını çox sevirəm.
O: Gənc Tamaşaçılar Teatrını sevir.
Şəbnəm Hüseynova:
Mən: Gənc Tamaşaçılar Teatrını sevirəm.
O: Gənc Tamaşaçılar Teatrını sevir.
Sevdiyiniz aktyor/aktrisa?
Şövqi Hüseynov:
Mən: Əslində, sevdiyim aktyor-aktrisa çoxdur. Məlik Dadaşov, Zərnigar Ağakişiyevanın adını çəkə bilərəm.
O: Məni bir aktyor kimi sevib, sonra biz ailə həyatı qurmuşuq. Sevdiyi aktyor Şövqi Hüseynov, aktrisa Şəfiqə Məmmədova deyə bilərəm.
Şəbnəm Hüseynova:
Mən: Şəfiqə Məmmədova, Merill Strip, D.Hoffman, Şövqi Hüseynov sevdiyim sənətkarlardır.
O: Şəfiqə Məmmədova və Robert de Nironu çox sevir.
Sevdiyiniz rejissor?
Şövqi Hüseynov:
Mən: Cənnət Səlimova.
O: Cənnət Səlimova.
Şəbnəm Hüseynova:
Mən: Cənnət Səlimova.
O: Cənnət Səlimova.
Sevdiyiniz tamaşa/film?
Şövqi Hüseynov:
Mən: C.Səlimovanın "Şeyx Sənan” tamaşası və "Yaşıl mil” (Frank Darabont, 1999) filmi
O: "İtlər” ("Axırıncı qatar”, rejissor C.Səlimova) tamaşasını və "Köhnə tüfəng” (Robert Enrico, 1975) filmi
Şəbnəm Hüseynova:
Mən: "İtlər” tamaşası və "Ata” və (Vladimir Maşkov, 2004), "Bəyin oğurlanması” (Ceyhun Mirzəyev, Vaqif Mustafayev, 1985) filmləri.
O: "Şeyx Sənan” (rejissor C.Səlimova) tamaşası, "Xaç atası” (Frensis Ford Koppola, 1972), "Qəm yemə” (Georgi Daneliya, 1969) filmləri.
Sevimli rolunuz?
Şövqi Hüseynov:
Mənim: Poprışşin ("Dəlinin qeydləri”)
Onun: "İtlər” tamaşasında Malış rolu.
Şəbnəm Hüseynova:
Mənim: Malış ("İtlər”).
Onun: Şeyx Sənan ("Şeyx Sənan”), Riçard ("III Riçard”) və Məşədi İbad ("O olmasın, bu olsun”).
Sevdiyiniz rəssam?
Şövqi Hüseynov:
Mən: Səttar Bəhlulzadə
O: Səttar Bəhlulzadə
Şəbnəm Hüseynova:
Mən: Van Qoq
O: Səttar Bəhlulzadə
Sevimli şairiniz?
Şövqi Hüseynov:
Mən: Mikayıl Müşfiq
O: Nigar Rəfibəyli
Şəbnəm Hüseynova:
Mən: Ramiz Rövşən, Bəxtiyar Vahabzadə
O: Mikayıl Müşfiq
Tez-tez dediyiniz şeir?
Şövqi Hüseynov:
Mən: Ümumiyyətlə, mən şeir deməyi xoşlamıram.
O: Tez-tez şeir səsləndirmir.
Şəbnəm Hüseynova:
Mən: R.Rövşənin "Yağış yuyur, gün qurudur” şeiri.
O: Şeir deyən deyil
Sevdiyiniz yazıçı?
Şövqi Hüseynov:
Mən: Mirzə Cəlil.
O: Orxan Pamuk.
Şəbnəm Hüseynova:
Mən: Hüseyn Cavid, Xalid Hüseyni
O: Hüseyn Cavid
Sevdiyiniz dramaturq?
Şövqi Hüseynov:
Mən: Mirzə Cəlil
O: Hüseyn Cavid
Şəbnəm Hüseynova:
Mən: H.Cavid, E.de Filippo
O: H.Cavid, E.de Filippo
Oynamaq istədiyiniz rol?
Şövqi Hüseynov:
Mən: Mənim elə bir nisgilim yoxdur.
O: Mirzə Cəlilin "Dəli yığıncağı”nda Pırpız Sonanı oynamaq istəyir.
Şəbnəm Hüseynova:
Mən: O qədər var ki…
O: Dəqiq deyə bilmərəm
Sevdiyiniz bəstəkar?
Şövqi Hüseynov:
Mən: Qara Qarayev
O: Elza İbrahimova
Şəbnəm Hüseynova:
Mən: Ü.Hacıbəyli, C.Cahangirov, E.İbrahimova
O: E.İbrahimova, O.Kazımi, Ü.Hacıbəyli, A.Səmədzadə
Ən çox dinlədiyiniz musiqi?
Şövqi Hüseynov:
Mən: Klassik milli bəstəkarların əsərlərini dinləməyi sevirəm.
O: Milli musiqiləri, muğamı daha çox sevir.
Şəbnəm Hüseynova:
Mən: Xalq mahnılarını dinləməyi sevirəm.
O: A.Mironova, caz musiqilərinə qulaq asır.
Sevdiyiniz müğənni?
Şövqi Hüseynov:
Mən: Gülağa Məmmədov.
O: Nəzakət Teymurova.
Şəbnəm Hüseynova:
Mən: Nəzakət Teymurova, Aygün Bayramova, Mənsum İbrahimov
O: Alim Qasımov, Sabir Mirzəyev
Sevdiyiniz rəng?
Şövqi Hüseynov:
Mən: Ağ rəng
O: Al rəngləri daha çox sevir.
Şəbnəm Hüseynova:
Mən: Çəhrayı rəngin bütün çalarları və qara
O: Göy və yaşıl
Sevdiyiniz şəhər?
Şövqi Hüseynov:
Mən: Birmənalı Bakı
O: Bakı
Şəbnəm Hüseynova:
Mən: Xüsusi sevdiyimiz şəhər yoxdur, adətən, getdiyimiz hər yerə asanlıqla uyğunlaşırıq.
O: Qədim tarixi məkanları olan şəhərləri sevir.
Sevdiyiniz fəsil?
Şövqi Hüseynov:
Mən: Yaz fəsli
O: Yaz fəsli
Şəbnəm Hüseynova:
Mən: Yaz
O: Yaz. Yayı isə sevmir, çünki tamaşa oynaya bilmir.
Tez-tez züm-zümə elədiyiniz mahnı?
Şövqi Hüseynov:
Mən: Züm-zümə eləmək hala bağlıdır. Darıxanda Tofiq Quliyevin "Axşam” mahnısını züm-zümə eləyirəm.
O: Adətən mahnı züm-zümə eləmir.
Şəbnəm Hüseynova:
Mən: Əhvalıma görə dəyişir, amma ümumilikdə xalq mahnılarını züm-zümə eləməyi sevirəm.
O: Səid Rüstəmovun "Getmə, getmə” mahnısı.
Oxuduğunuz sonuncu kitab?
Şövqi Hüseynov:
Mən: M.Çexovun "Aktyor texnikası barədə” kitabını oxumuşam.
O: Xalid Hüseyninin "Çərpələng uçuran” əsərini oxuyub sonuncu dəfə.
Şəbnəm Hüseynova:
Mən: X.Hüseyninin əsərləri və S.Qippiusun "Aktyor treninqləri” kitabı.
O: M.Çexovun "Aktyor texnikası barədə” kitabı.
İfanızda ən bəyəndiyi obraz?
Şövqi Hüseynov:
Mən: "Dəlinin qeydləri”ndə Poprışşini mən artıq 25 ildir oynayıram. Çox sevirəm o rolu.
O: İfamda bəyəndiyi obraz ilk dəfə gördüyü Don Rafaelo Trombonçu olub, məncə.
Şəbnəm Hüseynova:
Mən: Mən onun ifasında Kantrabasçı ("Kantrabas”) və Məşədi İbad (O olmasın, bu olsun) rollarını bəyənirəm.
O: O, mənim Malış ("İtlər”) və Böyükxanım ("Aydın”) rollarımı bəyənir.
Boş zamanlarında sevdiyi məşğuliyyəti, bəs, sizin?
Şövqi Hüseynov:
Mən: Əvvəllər boş zamanımda teatrların, tamaşaların maketlərini düzəldirdim, amma indi boş vaxtım olmur.
O: Hal-hazırda neçə illərdir oğlumuzla zaman keçirməkdir.
Şəbnəm Hüseynova:
Mən: Bütün boş zamanlarım Ülvinindir (oğlu – red.)
O: Ülvi ilə filmə baxmağı sevirlər.
Onun bilmədiyi bir şeyi etiraf edin.
Şövqi Hüseynov: Çalışıram ondan heç nə gizlətməyim. Elə bir etirafım yoxdur.
Şəbnəm Hüseynova: Zamana uyğunlaşa bilməməyimin, astagəlliyimin öhdəsindən gəlmək üçün böyük cəhdlər göstərirəm, treninqlər edirəm, özümlə söhbətlər aparıram. Hamısı ona gorə ki, təki Şövqi hirslənməsin, səbrsizlənməsin.
banner

Oxşar Xəbərlər