• cümə, 29 Mart, 09:28
  • Baku Bakı 5°C

“Mən isə çox yorulmuşam”

26.09.14 13:44 1509
“Mən isə çox yorulmuşam”
Milli Kitab Mükafatı bu il keçirilməyəcək. Bunu Kulis.Az-a açıqlamasında Milli Kitab Mükafatının təsisiçisi, "Əli və Nino” kitab mağazalarının direktoru Nigar Köçərli deyib.
O bildirib ki, Milli Kitab Mükafatı onun üçün əziz və doğma layihədir, Azərbaycanda ədəbiyyat sahəsində keçirilən ən böyük mükafatdır. Buna baxmayaraq çox böyük enerji, vaxt və əziyyət tələb edir: "Bunu eləmək üçün inadkar olmaq lazımdır. Mən isə çox yorulmuşam. Ötən MKM-də Rəşad Məcid də vurğulamışdı ki, Nigar xanım artıq yorulub.”
Nigar Köçərli on il, on beş il əvvələ baxanda kitabın artıq gündəmdə olduğunu vurğulasa da ümumilikdə soyuq münasibət olduğunu deyib: "Amma bu auditoriya çox kiçikdir axı. Hesablasaq "Əli və Nino” kitab mağazalarının həqiqi oxucularının sayı 200-300 nəfərdən ibarətdir. Doğrudan kitab oxucularını sayı çox azdır. MKM cəmiyyətdə həmişə çox rəğbətlə qarşılanıb. Bu doğrudur. Amma orası da var ki, müsabiqəyə qatılan 250 nəfərin içində bir qalib olur və mən bir dost, 249 düşmən qazanmış oluram.
Bütün bunlara baxmayaraq mən bu işi görməyə hazıram. Sadəcə çox böyük yorğunluq var məndə və ona görə MKM bu il keçirilməyəcək. Ola bilsin gələcəkdə keçirilsin, amma hələ ki, özümdə bu gücü tapa bilməmişəm.”
banner

Oxşar Xəbərlər