• cümə, 26 Aprel, 21:10
  • Baku Bakı 22°C

“Mən gənc jurnalistəm” layihəsinə qeydiyyat başlayıb

29.11.16 11:41 656
“Mən gənc jurnalistəm” layihəsinə qeydiyyat başlayıb
Jurnalist olmaq istəyən gənclər üçün "Mən gənc jurnalistəm” layihəsinə start verilib. Layihə gənclərə jurnalistika üzrə bilik və bacarıqlarını formalaşdıraraq peşəkar fəaliyyətə hazırlıqlı olmaları üçün imkan yaradacaq.

AZƏRTACxəbər verir ki, layihə jurnalistikaya marağı olan gənclərin bu sahədə nəzəri və praktik biliklərinin inkişaf etdirilməsi, natiqlik bacarıqlarının formalaşdırılması və asudə vaxtlarını səmərəli dəyərləndirmələri məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində seçiləcək iştirakçılar təlimlərdə iştirak edəcək və komandalara bölünəcəklər. Daha sonra gənclər 3 mərhələdən ibarət olan müsabiqədə iştirak edəcəklər. Müsabiqənin hər bir mərhələsini uğurla başa vurmuş 3 komanda layihənin final mərhələsinə yüksələcək. Final mərhələsində iştirak edəcək bütün komandalar sertifikat və dəyərli hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və DVC-nin ("Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi) tərəfdaşlığı ilə reallaşdırılır.





banner

Oxşar Xəbərlər