• cümə, 26 Aprel, 14:53
  • Baku Bakı 23°C

Mən Əzrayıl deyiləm, Sevinci mən öldürməmişəm - Gülər Əhmədova

07.11.13 11:49 1264
Mən Əzrayıl deyiləm, Sevinci mən öldürməmişəm - Gülər Əhmədova
APA-nın məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Babayevanın xalası Zərifə Cəbiyeva ifadə verib.
O bildirib ki, Sevincin zəhərləndiyini eşidib: “Mənə dedilər ki, heç bir xəstəxana onu qəbul etmir. Birtəhər Semaşko Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdik. Sonra Sevinc zəng elədi, ki, “Xala, məni tez burdan çıxarın, məni öldürəcəklər”. Sonra Mərkəzi Gömrük Hospitalına apardıq, bir həftəyə sağaltdılar. Sevinc mənə danışırdı ki, restoranlardan birində Gülər Əhmədova ilə birgə nahar edib. Həmin vaxt yeməkdə başqa adamlar da olub. Deyiblər ki, Sevinc toyuq yeyir. Sevinc toyuğun acı daddığını görüb, ancaq utandığından tüpürməyib. Həmin gün evə gələndə yıxıldığını deyirdi. Bir müddət sonra isə Sevincin Türkiyəyə getdiyini eşitdim. Sevinc Türkiyədə zəng edib yanındakı kişinin çox pis adam olduğunu deyirdi. Deyirdi ki, onu bizimlə rus dilində danışmağa qoymur və bütün danışıqlara qulaq asır. Sevinc deyirdi ki, orada ac-susuz qalır, bir qəpiyi belə yoxdur. Sevinc and içirdi ki, Elşadın Gülərə verdiyi puldan bir qəpik də götürməyib. Gülər Sevincə deyirmiş ki, azca da dözsün, Azərbaycana gələndə ona vəzifə verəcəklər. Mən Gülərə zəng eləyib, Sevinci niyə Türkiyəyə göndərdiyini soruşdum, o da mənə dedi ki, Sevinc Türkiyəyə özü gedib”.
Z. Cəbiyeva daha sonra prosesdə sualları cavablandırıb.
G. Əhmədovanın niyə Sevinci görmək üçün Türkiyəyə getmədiyini barədə suala belə cavab verib: “Sevinc deyirdi ki, heç kim yanına gəlməsin. Onu da deyirdi ki, bir müddətdən sonra ona vəzifə verəcəklər”.
G Əhmədova isə Sevincə vəzifə veriləcəyi barədə ona heç bir söz demədiyini bildirib.
Z. Əliyeva Bakıda xəstəxanada həkimin onlara Sevincin zəhərləndiyini dediklərini açıqlayıb. G. Əhmədova isə elə bir halın olmadığını, həkimin belə bir rəy yazmadığını söyləyib.
G. Əhmədova Z. Cəbiyevaya “Sən Sevinci bədbəxt elədin. Siz Sevincin yaşadığı kişilərin də başına oyun açmısınız. Siz Sevincdən istifadə etmisiniz. Gəlib burda bilmədiklərinizi danışırsınız. Sevinc kim idi ki, onu öldürsünlər? Mənim adımdan istifadə etdiyi üçün Sevinci qovmuşdum. Mən Sevincin anasının vəziyyətini yaxşı bilirəm. Mən də anayam. Mən Ayxana sualların çoxunu ona görə vermədim ki, yetimdir, qapılarda böyüyüb, 40 kişiyə ata deyib. Mən Əzrail deyiləm, ”.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
banner

Oxşar Xəbərlər