• şənbə, 20 Aprel, 16:55
  • Baku Bakı 23°C

"Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”

26.04.18 14:06 691
"Mən belə Avropa Şurasında təmsil olunmaq istəmirəm”
"Mən Azərbaycanı təmsil etməklə fəxr edirəm. Düşünürəm ki, mənim ölkəmi rüsvay etməyə dair istənilən cəhdin özü korrupsiyadır”.
APA-nın məlumatına görə, bu sözləri AzərbaycanınAvropa ŞurasıParlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəriSəməd SeyidovAŞPA-nın yaz sessiyasında Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdə çıxışı zamanı deyib.
O, yalnız Azərbaycana qarşı bu cür mövqe sərgilənməsinin sual doğurduğunu bildirib: "Təxminən bir ay əvvəl bu zalda sizSerj Sarkisyanı alqışladınız. Lakin o, iki gün əvvəl korrupsiyaya görə erməni xalqı tərəfindən hakimiyyətdən qovuldu. Hanı onu burada demokrat kimi təqdim edənlər?
Azərbaycan müharibə vəziyyətində yaşayır. Ərazimizin bir hissəsini itirmişik, 1 milyona yaxın məcburi köçkünümüz var. Biz təşkilata gəlmişik ki, hüququn aliliyini görək. Lakin burada yeni beynəlxalq hüquq görürük. Mənim adım da korrupsiyaya dair siyahıdadır. Halbuki araşdırma orqanı deyib ki, mənim korrupsiya ilə əlaqəm yoxdur. Mənim dünyanı başa salmağım çətindir ki, niyə adım bu sənəddə göstərilir? Bu ədalətsizlikdir. Biz adımız üçün mübarizə aparacağıq və qalib gələcəyik. Mən illər əvvəl demişdim ki, bu bizim Avropa Şuramızdır. İndi isə deyirəm ki, bu sizin Avropa Şuranızdır. Mən beləAvropa Şurasında təmsil olunmaq istəmirəm”.
Qeyd edək ki,AŞPA-nın Müstəqil Araşdırma Qurumu təşkilat daxilində korrupsiya faktları ilə bağlı hesabat hazırlayıb. Hesabatda Azərbaycanla münasibətdə korrupsiya faktı ilə bağlı AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov, həmməruzəçilər Stefan Şennak, Sezar Florin Preda, keçmişAŞPAsədri və keçmiş Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt, parlamentar Yordi Çukla və digərlərinin adı çəkilir.
banner

Oxşar Xəbərlər