• cümə axşamı, 28 mart, 19:09
  • Baku Bakı 13°C

Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb

24.09.14 20:00 1527
Məmmədyarov BMT Baş Assambleyasının prezidenti ilə görüşüb
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Assambleyanın prezidenti Sam Kutesa ilə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA–ya verilən məlumata görə, görüş zamanı BMT Baş Assambleyasının 69-cu sessiyasının gündəliyində olan aktual məsələlər və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.
E. Məmmədyarov Azərbaycanın BMT Baş Assambleyasının 69-cu sessiyasında və qurumun komitələrinin işində fəal iştirak edəcəyini bildirib, habelə “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı maddənin sessiyanın gündəliyində yer aldığını qeyd edib.
Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən E. Məmmədyarov BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyasının müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
S. Kutesa isə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, 69-cu sessiya çərçivəsində də Azərbaycanla sıx əməkdaşlığın davam etdiriləcəyinə əminliyini ifadə edib.
banner

Oxşar Xəbərlər