• şənbə, 20 Aprel, 09:05
  • Baku Bakı 14°C

Məmməd-Quliyev Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı

22.06.18 14:00 372
Məmməd-Quliyev Azərbaycan Aİ ilə arasında yeni strateji sazişin hazırlanmasından danışdı
Azərbaycan Avropa İttifaqı ilə yeni strateji sazişin hazırlanması ilə bağlı danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiyasında GEANT multigiqabit şəbəkəsinin roluna həsr olunmuş tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
O bildirib ki, Azərbaycanla Avropanın əməkdaşlığı müsbət səviyyədə davam edir:"Söhbət strateji vacib sənəddən gedir. Bu, üç hissədən ibarətdir: siyasət və təhlükəsizlik, ticarət və investisiyalar, üçüncüsü, sektoral istiqamət. Bu, öz növbəsində, energetika, iqtisadiyyat, nəqliyyat, elm və digər sahələri əhatə edir”.
banner

Oxşar Xəbərlər