• cümə, 29 Mart, 18:59
  • Baku Bakı 14°C

Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıqda elmi məktəb yaradıb

03.06.19 12:30 1990
Məmməd Cəfər Cəfərov ədəbiyyatşünaslıqda elmi məktəb yaradıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, akademik Məmməd Cəfər Cəfərova həsr olunmuş "Akademik Məmməd Cəfər Cəfərov: Ədəbiyyat nəzəriyyəçiliyi və ədəbi proses” mövzusunda elmi sessiya keçirilir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yer tutan akademik Məmməd Cəfər Cəfərovun elmi fəaliyyətindən danışıb. Qeyd edib ki, Məmməd Cəfər Cəfərov Azərbaycan ədəbiyyatı tarixinə və nəzəriyyəsinə dair əsərlərin, aktual ədəbi, estetik və pedaqoji problemlər haqqında kitabların müəllifidir. O, həmçinin bədii yaradıcılıqla məşğul olub.
Elmi sessiyada "Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irs və linqvopoetika problemi”, "Akademik Məmməd Cəfər Cəfərov və ədəbi tənqid”, "Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin ədəbi irsi Məmməd Cəfər Cəfərovun tədqiqatlarında”, "Məmməd Cəfər Cəfərov yaradıcılığında romantizm məsələləri”, "Məmməd Cəfər Cəfərovun bədii yaradıcılığı” mövzularında məruzələr dinləniləcək.
banner

Oxşar Xəbərlər