• cümə, 29 Mart, 04:27
  • Baku Bakı 7°C

Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

27.11.18 09:30 704
Məmməd Ağasıyevin 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib
Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində tarzən Məmməd Ağasıyevin 70illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
Trend-in məlumatına görə, tədbir tarzənin həyat və yaradıcılığı haqqında videoçarxın nümayişi ilə başlanıb.
Xalq artisti Vamiq Məmmədəliyev, millət vəkili Qənirə Paşayeva və jurnalist-publisist Sədaqət Kərimova çıxış ediblər. Onlar Məmməd Ağasıyevin ecazkar sənəti haqqında xatirələri ilə bölüşüblər.
Konsert proqramında xalq artistləri Zabit Nəbizadə, Gülyanaq Məmmədova, Nəzakət Teymurova, Gülyaz Məmmədova, əməkdar artist Feyruz Səxavət çıxış ebilər.
Müşayiət edirdi xalq artisti Adil Bağırovun bədii rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə” xalq çalğı alətləri ansamblı.
Tədbirin aparıcısı Azərbaycan Yazıcılar Birliyinin katibi, şair, yazıçı İlqar Fəhmi idi.
Gecənin sonunda sənətkarın qızı Sevinc Ağası ailəsi adından layihənin təşəbbüskarı və təşkilatçısı olan Beynəlxalq Muğam Mərkəzinin rəhbərliyinə və belə layihələrə iformasiya dəstəyi göstərən Azərbaycan Televiziyası və Radiosunun "Mədəniyyət” kanalına təşəkkürünü bildirərək, atasının xatirəsinə bəstələdiyi "Xatirələr” mahnısını ifa edib.
Xatırladırıq ki, Beynəlxalq Muğam Mərkəzində muğamın, milli klassik və ətnik musiqinin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm yaradıcılıq layihələri davam edir.
Noyabrın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin yeni "Qəzəllər” layihəsi çərçivəsində keçirilən musiqi gecəsində Seyid Əzim Şirvaninin qəzəlləri səslənəcək.
banner

Oxşar Xəbərlər