“Memar Əcəmi“ stansiyasının əsas giriş-çıxışı bağlanıb

“Memar Əcəmi“ stansiyasının əsas giriş-çıxışı bağlanıb

Cəmiyyət
18 Aprel 2013, 13:54 2926
Bakı Metropoliteninin “Memar Əcəmi" stansiyasının əsas giriş-çıxışı bağlanıb. Day.Az saytının verdiyi məlumata görə, burada "Memar Əcəmi 2" stansiyasına keçid tikilir. Hazırda stansiya girişinin ətrafı hasarlanıb.

Bakı Metropoliteninin baş mühəndisi Humay Hümbətovun sözlərinə görə, burada keçid stansiyasının qazıntısı həyata keçiriləcək. Tikiləcək keçid vasitəsi ilə sərnişinlər bir stansiyadan başqasına keçə biləcəklər. "Memar Əcəmi" stansiyasının köhnə vestibülü isə söküləcək və yerində yenisi tikiləcək", - o əlavə edib.

Qeyd edək ki, sərnişinlər stansiyanın digər girişlərindən istifadə edə bilərlər.