• cümə, 19 Aprel, 13:21
  • Baku Bakı 25°C

Məleykə Abbaszadə: Mək­təb­daxili qiymət­lən­dirmə ilə bağlı xeyli işlər görülməlidir

12.09.18 13:00 625
Məleykə Abbaszadə: Mək­təb­daxili qiymət­lən­dirmə ilə bağlı xeyli işlər görülməlidir
Mək­təb­daxili qiymət­lən­dirmənin üsul və vasitələrinin isla­hatların tendensiyasına uyğun qurulması istiqamətində xeyli işlər görülməlidir.
Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, qiy­mət­ləndirməyə ciddi elmi-metodiki prin­siplərə əsaslanan, özünə­məx­sus stan­dartları, formaları, üsulları, vasitələri və bunların reallaş­dırılmasına aid prosedur­ları olan bir sistem kimi yanaşmaq la­zımdır:"Nəzərə alınmalıdır ki, qiymətləndirmə standartı – təhsilalanların bilik və bacarıq səviy­yəsinə qoyu­lan dövlət tələbi­dir. Odur ki, yeni təhsil proqramları (kuri­ku­lum) əsasında məktəb dərs­lik­lərini və me­to­diki vəsaitləri hazırlayan mütə­xəs­sislər bu kimi məsə­lələrin həlli üzərində çox ciddi işləməlidirlər. Təhsil sahəsində həyata keçirilən islahatlar biliyin qiymətləndirilməsi sistemi qarşı­sında yeni tələblər qoyur".
M.Abbaszadə qeyd edib ki, indi ümumtəhsil müəssisələrini ağıl, intellekt mək­təbinə çevirmək əsas hədəf­lərdən biridir. Hafizə məktəbindən təfəkkür mək­təbinə keç­mək, təhsilin nəticə­yönümlü və şəxsiy­yət­yönümlü olması kurikulum islahatının əsas tələblərin­dəndir. Bu prosesdə təhsil­alanların müasir stan­dartlara, islahatın tələblərinə, məzmun və mahiyyətinə uyğun tədris vəsaitələri ilə təminatı mü­hüm əhəmiyyət kəsb edir".
M.Abbaszadə qeyd edib ki, müasir məktəb təcrü­bəsində qiymət­lən­dirmənin müxtəlif for­ma­larından isti­fadə edilməsi, eyni bir mövzuya və ya məzmuna aid bilik və bacarıqların yox­lanılmasında qiymətlən­dirmənin müx­təlif üsul və vasitələrinin tətbiqi normal haldır:"Əsas şərt odur ki, qiymət qiy­mətlən­dirilən keyfiyyətə mak­simal dərə­cədə uyğun ol­sun, onu dürüst, obyektiv əks etdirsin".
banner

Oxşar Xəbərlər