• çərşənbə axşamı, 23 aprel, 11:26
  • Baku Bakı 20°C

Məleykə Abbaszadə: “İmtahanların vaxtı gələn həftə elan ediləcək”

10.01.18 12:30 641
Məleykə Abbaszadə: “İmtahanların vaxtı gələn həftə elan ediləcək”
"Builki qəbul və buraxılış imtahanlarının, o cümlədən müxtəlif növ sınaq imtahanlarının tarixləri Dövlət İmtahan Mərkəzində (DİM) müzakirə olunub”.

APA-nın xəbərinə görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələ ilə əlaqədar müvafiq orqanlarla razılaşmalar aparılır: "İmtahanlar kütləvi tədbirlər sayılır. İmtahan günlərində ölkədəbaşqa kütləvi tədbirlərin keçirilməsi müəyyən çətinliklər yaradır. Buna görə də aidiyyəti orqanlarla müzakirələr aparılır. Yəqin ki, gələn həftə 3 aylıq imtahan təqvimini, imtahan tarixlərini elan edəcəyik”.

M. Abbaszadə DİM tərəfindən hər ay bir dəfə dövlət qulluğuna qəbul imtahanlarının da keçirildiyini xatırladıb.
banner

Oxşar Xəbərlər